Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:24

Ekvador Julian Assange’a sığınacaq verəcəkmi?


Ekvador prezidenti Rafael Correa deyir ki, onun hökuməti Wikileaks rəhbəri Julian Assange’ın sığınacaq xahişini ciddi qiymətləndirir.

Bununla belə, Venesuela mediasına müsahibəsində Correa Assange’a sığınacaq verilməsi ilə bağlı nə vaxt qərar verəcəklərinə dair heç nə deməyib.

İstintaqa cəlb edilmək məqsədilə İsveçə ekstradisiya olunmaqdan yayınmaq üçün Assange iyunun 19-a Londonda Ekvador səfirliyinə qaçqın kimi müraciət edib.

Onun tərəfdaşları deyirlər ki, İsveçdə onun seksual xarakterli cinayətdə ittiham olunması quramadır, bununla Assange’ın Wikileaksdə məxfi sənədləri yaymasının qarşısını almaq istəyirlər.
XS
SM
MD
LG