ABŞ Senatı R.Morningstarın namizədliyini müzakirə edəcək

Richard Morningstar at the Souther Corridor summit in Prague, 08May2009

İyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Richard L. Morningstar-ın Azərbaycana səfir postuna namizədliyi müzakirə ediləcək.

ABŞ Senatının rəsmi internet saytı xəbər verir ki, bu gün Morningstarla yanaşı ABŞ-ın Niderland, Surinam Respublikasına səfir postuna namizədlərinin də təyinatı müzakirə olunacaq.

ABŞ prezidenti Barack Obama Richard Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədlİyini irəli sürüb.

R. Morningstar dövlət katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusisi nümayəndəsidir. O, 1999-cu ildən 2001-ci ilə qədər ABŞ-ın Avropa Birliyindəki səfiri olub.

Richard Morningstar təyin olunsa, Mathew Bryzanı əvəz edəcək. Bryza yanvardan bu vəzifəni tərk edib.

Mathew Bryzanı da Barack Obama təyin etmişdi. O, bir il səfir vəzifəsini icra etmişdi. Ancaq ABŞ-dakı erməni diaspora qruplarının və bir neçə senatorun etirazından sonra Senatda təyinatı təsdiq olunmadı. Bryzanın təyinatına qarşı çıxanlar onu Azərbaycan hakimiyyətin ilə müəmmalı əlaqədə ittiham edirdilər.