Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:14

Richard Morningstar səfir olsa…


Richard Morningstar
Richard Morningstar
«ABŞ Azərbaycanı gələcəkdə enerji sahəsində ata biləcəyi bir çox addımlardan qorumaq istəyir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Razi Nurullayev ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Richard Morningstar'ın təyinatının ölkələr arasındakı münasibətlərə təsiri barədə danışarkən bildirib:

«Enerji məsələləri ilə yanaşı, Morningstar'ın üzərinə ciddi vəzifələr qoyulub ki, bunlar da əsasən İranla bağlı olan məsələlərdir. Belə ki, Morningstar'ın İranla bağlı mövqeyi çox sərtdir. Onun «Nabucco» layihəsinin həyata keçirilməsində İranla bağlı qətiyyətli mövqeyi bu ölkəni həmin layihədən kənarda saxlamağa kömək etdi».

Erməni lobbisinin bu təyinata münasibətinə toxunan politoloq Elşən Manafov bu məsələdə hər hansı bir problem görmədiyini bildirir:

«Matthew Bryza'nın Azərbaycan iqtidarı ilə ciddi təmasları var idi. Rəsmi məlumatlara istinad etsək, yeni səfirin belə bir təmaslara malik olmadığını görərik. Güman etmirəm ki, erməni lobbisinin fəaliyyəti nəticəsində konqresmenlər yeni səfirin təyin olunmasında bir radikallıq nümayiş etdirsinlər».

«SƏFİRİN OLMAMASI ABŞ-IN ÖZÜ ÜÇÜN CİDDİ PROBLEM YARADIR»

Politoloq Mübariz Əhmədoğlu isə bildirir ki, səfir olmayanda belə iki ölkə arasındakı münasibətlər öz qaydasında inkişaf edib:

«Bu müddət ərzində nəzərdə tutulan müqavilələr yerinə yetirilib. Hətta səfirin olmadığı bir dövrdə çox ciddi hadisələr baş verdi.
Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu
Məsələn, ABŞ-la Azərbaycan arasındakı kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı müqaviləyə dəyişiklik edildi. Amma səfirin olmaması ABŞ-ın özü üçün ciddi bir problem yaradır. Belə olan halda bu ölkənin regionla bağlı siyasəti axsayır».

Mübariz Əhmədoğlu erməni lobbisinin bu məsələyə də hər hansı yolla müdaxilə edəcəyini və yeni səfirə maneçilik törədəcəyini düşünür. Onun fikrincə, bunun əsas səbəbi R.Morningstar`ın Azərbaycan-ABŞ münasibətlərini irəli aparmaq gücündə olmasıdır.

Elşən Manafov deyir ki, ABŞ adətən iqtidarlarla münasibət quran bir dövlət kimi tanınıb. Bu baxımdan Azərbaycan iqtidarının ABŞ-la münasibətində xüsusi bir problem yaşanmayacaq:

AZƏRBAYCAN MÜXALİFƏTİNİN QISQANCLIĞI

«Azərbaycan müxalifətinin siyasi qısqanclığına səbəb olan amillərdən biri ondan ibarətdir ki, ABŞ bəyan etdiyi demokratik dəyərləri arxa plana qoyub enerji və milli təhlükəsizliyini ön plana çıxarır. Biz bunu Liviyada da izlədik. ABŞ-ın İran siyasətində də izləyirik».

Razi Nurullayev isə
Razi Nurullayev
Razi Nurullayev
düşünür ki, artıq ABŞ-ın siyasətində iqtidarlarla işləmək mərhələsi geridə qalıb:

«Obama dönəmindən sonra artıq ABŞ milli maraqlarının təmin olunmasında xalqlarla işləməyə üstünlük verir. Onlar kimin hakimiyyətdə olub olmamasından asılı olmayaraq, iqtidar-müxalifət məsələsini tamamilə kənarda qoyublar. Artıq heç bir halda ABŞ Azərbaycandakı enerji maraqlarına görə demokratiyanı qurban verməyəcək. Digər tərəfdən, ABŞ-ın Azərbaycandan birbaşa olaraq neft və qaz aparmaq mövqeyi yoxdur. ABŞ-ın enerji maraqları ondan ibarətdir ki, NATO, Avropa Birliyi çərçivəsində əməkdaşlıq etdiyi 27 dövlətin enerji təhlükəsizliyi təmin olunsun. Bu dövlətlərin gücü olmadan ABŞ dünya liderliyini saxlaya bilməz».

Razi Nurullayevin fikrincə, R.Morningstar Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində vasitəçi və köməkçi olacaq.

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG