Freedom now Bəxtiyar Hacıyevin azad olunmasını alqışlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəxtiyar Hacıyev jurnalistlərin suallarını cavablandırdı

-



ABŞ-da yerləşən “Freedom now” təşkilat iyunun 4-də yaydığı məlumatında qeyd edir ki, Bəxtiyar Hacıyevin azad olunması barədə Azərbaycan hökumətinin qərarından məmnundur. Təşkilatın direktoru deyir: “Biz hakimiyyəti cənab Hacıyev saxlanarkən ona qarşı kobud rəftarla bağlı araşdırma aparmağa və onun ölkədə demokratik islahatlar, təqib və təzyiqlərə son qoyulması istiqamətində fəaliyyətinə icazə verilməsinə çağırırıq.”

“Freedom now” yada salır ki, Bəxtiyar Hacıyev ABŞ Dövlət Katibi Hillary Clintonun Bakıda prezident İlham Əliyevlə görüşündən bir qədər əvvəl azad olunub.

3 həftə əvvəl isə 5 ABŞ Senatoru prezident Əliyevə müraciət edərək onu Bəxtiyar Hacıyevin azad etməyə çağırıb.

Bəxtiyar Hacıyev azad olunandan bir qədər sonra ATƏT də bəyanat yayaraq hökumətin bu addımını alqışlayıb, həbsdə saxlanan başqa jurnalistlərin də azad olunmasına çağırıb.