Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:25

ATƏT Bəxtiyar Hacıyevin azad edilməsini alqışlayır


Dunja Mijatovic
Dunja Mijatovic
-



ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic Azərbaycanda sosial media fəalı Bəxtiyar Hacıyevin azad edilməsini alqışlayıb. İyunun 4-də yaydığı bəyanatda Mijatovic ümid etdiyini deyir ki, Azərbaycanda həbsdə olan başqa jurnalistlər də tezliklə azad ediləcəklər:

- Bəxtiyar Hacıyevin azad edilməsi qərarı müsbət addımdır. Amma hakimiyyət yaxın gələcəkdə həbsdə olan digər jurnalistləri də azad etməklə ölkədə ifadə azadlığını gücləndirə bilər.

Bəzi insan haqları fəalları Azərbaycanda 7 nəfər jurnalistin peşə fəaliyyətinə görə azadlıqdan məhrum edildiyini deyirlər. Amma hökumət təmsilçiləri ölkədə heç bir media təmsilçisinin jurnalist kimi işinə görə tutulmadığını deyirlər.

Həbsdəki jurnalistlərin sayına görə insan haqları fəalları arasında da fikir ayrılıqları var. Hüquq müdafiəçilərinin bəziləri cəmi 3 nəfərin peşə fəaliyyətinə görə tutulduğunu deyirlər.
XS
SM
MD
LG