RoyalBank-ın Xəzər filialının müdiri Rinad Məmmədov müdiri mənimsəmə, vəzifə səlahiyyətlərindən sui istifadə, vəzifə saxtakarlığında ittiham olunur. Barəsində həbs qərarı seçilib.
Bu barədə aprelin 17-də Baş Prokurorluq məlumat yayıb.
Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstinaq zamanı "RoyalBank" ASC-nin Xəzər filialının müdiri Rinad Məmmədovun filialın xəzinədarı, mütəxəssisi və digərləri ilə qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və digər rəsmi sənədlər tərtib etməklə ümumilikdə 459 571 manat pul mənimsədiyi məlum olub.
Prokurorluğun apardığı istintaq zamanı filialın müdiri mənimsədiyi pulun 163 min 338 manatını müxtəlif sahibkarlıq fəaliyyətlərinə yatıraraq vəsaiti leqallaşdırdığı məlum olub.
Faktla bağlı filialın direktoru Rinad Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Filialın digər əməkdaşları barəsində də cinayət işi açılıb.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu ittihamı məhkəmə də haqlı saysa, filialın direktoru Rinad Məmmədov əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Amma hələlik onun nə yaxınlarının, nə də vəkilinin bu ittihamlarla bağlı mövqeyi səslənməyib.