Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 04:04

Prokurorluğa görə bank işçiləri əmanətçinin pulunu mənimsəyib


Arxiv foto
Arxiv foto
-

BANK İŞÇİLƏRİ ƏMANƏTÇİNİN PULUNU MƏNİMSƏYİB?

Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə Bakıda bir bankın işçiləri müştərinin imzasını saxtalaşdıraraq onun xeyli pulunu mənimsəyiblər. Dekabrın 15-də yayılan rəsmi məlumatda deyilir ki, vətəndaş Oqtay Cəfərov "Royalbank" ASC-yə qoyduğu 30 min manatı geri ala bilmədiyi üçün Yasamal rayon məhkəməsinə müraciət edib:

“Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.”

Bu ittihamları hakim də haqlı bilsə, bank işçilərini 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandıra bilər.

Amma hələlik "Royalbank" ASC-nin bu ittihamlarla bağlı hər hansı mövqeyi ifadə edilməyib.

DOĞUM TARİXİNİ DƏYİŞİB PENSİYA ALIB...

Bu da Respublika Prokurorluğunun iddiasıdır. Prokurorluğun dekabrın 15-də yaydığı məlumatda qeyd edilir ki, Zərdab şəhər sakini Şəfəq Səfərəliyeva 26 dekabr 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət edib:

“Doğum tarixi saxtalaşdırılmış şəxsiyyət vəsiqəsini digər sənədlərlə birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını göstərib. Təqdim edilmiş sənədlər əsasında Fondun Zərdab rayon şöbəsində ona yaşa görə əmək pensiyası təyin edilib və bununla da Ş.Səfərəliyeva qeyd edilən tarixdən 30 noyabr 2011-ci il tarixədək 4.6 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.”

Rəsmi məlumatda bildirilir ki, bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb. Əgər məhkəmədə ittiham haqlı sayılsa, onu 3 min manatdan 5 min manata qədər cərimə, ya da əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Amma hələlik rəsmi məlumatda adı çəkilən şəxsin yaxınları, ya da vəkilinin bu ittihamla bağlı hər hansı reaksiyası məlum deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG