Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıldı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı

Dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov prezidentə mərkəz haqqında məlumat verib. O bildirib ki, bu sistemin tətbiqi üçün 2008-ci ildə Koreya Respublikasının «SK C&C» şirkəti ilə razılıq əldə olunub. 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda mərkəzin tikintisinə başlanıb.

Şəhərdə nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək.

Monitorda 150 yol kəsişməsində nəqliyyatın hərəkətini və 2 min avtobusun idarə edilməsini izləmək mümkün olacaq.

Dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə isə avtobusların hərəkət cədvəli, çatma müddəti barədə məlumatlar alınacaq. Bundan əlavə, nəqliyyatda vahid ödəniş sistemi tətbiq olunacaq.