Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Avtobuslarda gediş haqqı kartla ödənəcək


Foto: Arxiv
Foto: Arxiv
Gələn il aprelin sonunadək Bakı şəhərindəki marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunacaq.

Bu barədə «APA»ya Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov bildirib.

Gediş haqqını metro kartları vasitəsilə də ödəmək mümkün olacaq.

Bu sistemə keçidlə əlaqədar paytaxtın müxtəlif ərazilərində kartların avtomatik satışı üçün xüsusi aparatlar quraşdırılacaq. Orada kart almaq və ona lazımi məbləği yükləmək mümkün olacaq.

Kartlardakı balans isə avtobus dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə öyrəniləcək. Bunun üçün kartı monitora yaxınlaşdırmaq kifayət edəcək.

Üstəlik, istənilən şəxs kartı qaytara və ona yüklədiyi məbləği geri ala bilər. Aparatlar pulu qəbul etməklə yanaşı, kartı qəbul etmək və pulu qaytarmaq funksiyasına da malik olacaq.

Bir neçə ildən sonra isə avtobuslarda gediş haqqını mobil telefonlar vasitəsilə də ödəmək mümkün olacaq.
XS
SM
MD
LG