Avro yenə düşdü

Avro bazar ertəsi səhər dollara nisbətən 0,5 faiz düşüb.
Buna səbəb, Reutersin yazdığı kimi, Avropa Birliyi və avrozona rəhbərliyindən gözlənilən qəti addımların atılmamasıdır,
Hazırda avro 1,33 dollardır.

Keçən həftənin sonu Avropa Birliyi daha sıx inteqrasiya haqda razılığa gəldi. Ancaq bu, Avropanın borc böhranının həll etməyə kifayət etmir.

Avro oktyabrdakı ən yüksək qiymətindən 6 faiz düşür. May ayında isə avro 1,50 dollar idi.

Reuters yazır ki, bazardakı möhtəkirlər hazırda avro üzrə qısa mövqe tuturlar, yəni avronu satırlar.
Onlar avronun dollara nisbətdə 1,3250 və 1,3145
qiymətlərini gözləyirlər.

Agentlik təhlilçilərə istinadən yazır ki, çox güman, Avropa iqtisadiyyatı tənəzzülə gedir.