Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:36

Avropa Birliyi avronu xilas etmək üçün öz əsas qaydasını dəyişir


08Dec2011
08Dec2011
Avropa Birliyi liderləri razılaşıblar ki, Birliyin avrodan istifadə edən üzvləri öz aralarında razılığa gələ bilərlər, buna bütün Birlik üzvlərinin razılığı lazım deyil.

Hazırda avrodan Birliyin 17 üzvü istifadə edir, Avropa Birliyinə isə 27 ölkə daxildir. Avropa Birliyinin müqaviləsini dəyişdirməyə bütün 27 ölkənin razılığı tələb olunur.

Birliyin sammitində çıxış edən rəsmilər bildiriblər ki, avrodan istifadə edən ölkələr mart ayına yeni müqaviləni razılaşdıra bilərlər, bu müqaviləyə sonradan avroya qoşulmaq istəyən digər ölkələr də imza ata bilərlər.

Avropa Şurasının prezidenti Van Rompuy deyib ki, indiyə kimi avroya keçmək istədiyini bildirən 6 ölkə var. Yeni müqavilə imzalansa və digər ölkələr qoşulsa, yeni müqaviləyə 23 ölkə imza atmış olacaq.

Fransa prezidenti Sarkozy təkid edirdi ki, yeni avrozona müqaviləsini bütün 27 ölkə imzalasın, ancaq Britaniya bəzi tənzimləmə qaydalarını məqbul saymadığına görə, avro müqavilıəsindən kənarda qalmaq istədiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG