Azərbaycan ordusunun zabiti həlak olub

Arxiv foto

«Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti həlak olub».

Məlumatı APA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Məlumatda deyilir ki, hadisə noyabrın 2-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb:
«Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində leytenant, 1986-cı il təvəllüdlü Emin Elmar oğlu Əliyev həlak olub».
Erməni mətbuatı atəşkəsin pozmasıyla bağlı xəbəri təkzib edir.
Amma Silahlı Qüvvələr Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev həlak olan zabitin onun qardaşı oğlu olduğunu bildirib:
«Bildiyimə görə, Emin özünü qabağa verərək, əsgərlərini qoruyub. Bu zaman düşmənin snayper gülləsinə tuş gəlib, Vətən uğrunda şəhid olub. Bununla yalnız qürur duya bilərik».