Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:15

Ordudakı qeyri-döyüş itkiləri


Arxiv foto
Arxiv foto
«BOĞAZINDA, OVCUNDA KƏSİK İZLƏRİ VAR İDİ»

«Gətirəndə dedilər elektrik cərəyanı vurub, ancaq meyiti açmışıq, yumuşuq, meyitin üstündə cərəyan izi yox idi. Boğazında kəsiklər var idi, ovcunda bıçaq kəsiyi izləri var idi, qarnını yarıb orqanlarını da götürmüşdülər».

Ötən həftə Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Milli Ordunun əsgəri Taleh Hüseynbalazadə oktyabrın 27-də xidmət etdiyi Ağdamın Orta Qərvənd kəndindəki N saylı hərbi hissədə cərəyan vurması nəticəsində dünyasını dəyişib. Mərhum əsgərin əmisi Firudin Hüseynbalazadə isə yayılan xəbərə inanmır. Deyir ki, mərhumun üstündəki izlər onun cərəyan vurmadan çox işgəncə ilə ölməsindən xəbər verir:

«Bunların dediyinə görə, yoldaşını cərəyan vurub, bu da qaçıb paya ilə «rubilnik»i aşağı salmaq istəyib. Paya yaş olduğuna görə cərəyan vurub öldürüb».

Firudin Hüseynbalazadə deyir ki, əgər hətta əsgər cərəyan vurmasından ölübsə də, buna görə də hərbi hissə rəhbərliyi cəzalanmalıdır:

HƏFTƏ İTKİ XƏBƏRLƏRİ İLƏ BAŞLADI

«Mən sənə montyor verməmişəm, bu uşağın ixtisası montyor deyil. Sən niyə qoyursan ki, o, yüksək gərginlik altına girsin?».

Milli Ordunun əsgəri Taleh Hüseynbalazadənin ölümüylə bağlı bildiriş
Milli Ordunun əsgəri Taleh Hüseynbalazadənin ölümüylə bağlı bildiriş
Bu həftə də Müdafiə Nazirliyinin daha iki əsgərin xəstəlikdən ölməsi barədə yaydığı xəbərlə başlandı. Məlumata görə, Gəncədəki hərbi hissələrdən birində qulluq edən 18 yaşlı Ruslan Kərimov hemorragik vaskulitdən, Ağcabədidəki hərbi hissələrdən birində qulluq edən 18 yaşlı Röyal Ağayev isə pnevmoniyadan dünyasını dəyişib.

Gəncədəki hərbi hospitalın rəisi Şahrəddin Balacanovdan cəmi 26 günün əsgəri olmuş Ruslan Kərimovun xəstəliyi və müalicəsi barədə məlumat almaq istəsək də, dedi ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan danışa bilməz. Nazirliyin mətbuat xidməti isə hospital rəisinə danışmağa icazə vermədi. Xidmətin rəis müavini Teymur Abdullayev AzadlıqRadiosuna bildirdi ki, əsgərin ölümü ilə bağlı ətraflı məlumat ekspertiza bitdikdən sonra veriləcək.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Məcid Məsimov bu yaxınlarda jurnalistlərə xəstəliklə əlaqəli dünyasını dəyişən əsgərlər barədə onların həkimləri və müalicə olunduqları hospital rəisləri ilə danışmaqda məhdudiyyət olmadığını demişdi. O, tibbi savadı olmayan mətbuat xidməti əməkdaşındansa belə məsələlərdə hərbi həkimlərin özündən məlumat almağı məqsədəuyğun hesab etmişdi.

«XƏSTƏ GƏNCLƏR ORDUYA ÇAĞIRILIR»

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli deyir ki, monitorinq apardıqları 10 il ərzində qeyri-döyüş itkisindən ən çox ölənləri 2003-cü ildə müşahidə ediblər – 75 nəfər. 2011-ci ilin başa çatmasına hələ iki ay var, qeyri-döyüş itkilərinin sayı isə onların monitorinqlərinin nəticələrinə görə artıq 88 nəfərdir. Ekspertin fikrincə, bu, qeyri-döyüş itkilərinin kəskin artmasından xəbər verir. Cəsur Sümərinli deyir ki, bu ilin 10 ayı ərzində təkcə xəstəlikdən ölənlərin sayı da əvvəlki illərlə müqayisədə yüksəkdir – 12 nəfər.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli
«Bunun da səbəbləri konkretdir. Birincisi, hərbi hissələrdəki tibb məntəqələrində təchizat, müayinə və müalicə baxımından vəziyyət yaxşı deyil. Bir çox hallarda gənclər xəstə vəziyyətdə hərbi xidmətə çağırılır. Məsələn, oktyabr ayında xəstəlikdən ölən əsgərlərdən biri cəmi 26 gün idi ki, hərbi xidmətə çağırılmışdı. İkinci səbəb isə kadrlarla bağlıdır. Orduda peşəkar hərbi tibb kadrı tapmaq çox çətin məsələdir».

Orduda qeyri-döyüş itkiləri ilə bağlı sualıa Müdafiə Nazirliyindən Teymur Abdullayevin cavabı qısa oldu: araşdırmalar aparılır.

Cəsur Süemərənli isə orduda xəstəlikdən ölmə hallarının qarşısının alınmasını xəstə gənclərin orduya çağırışının qarşısının alınmasında, hərbi hissələrdə peşəkar tibbi kadrların artırılmasında görür.
XS
SM
MD
LG