Liviyada hara getsən "Qaddafini" görərsən

Bu plakat 2009-cu ildə, Liviyada monarxiyanın devrilməsinin 40 illiyinə həsr olunub

Bu plakatda deyilir: "Ey Muammar, sən ölkənin azadlığı uğrunda çarpışdın və məqsədinə çatdın!" (Fotonun müəllifi: Carsten ten Brink)

"Afrika Birliyinin cəngvəri" Qaddafi 1970-1980-cii illlər arası bütün ərəblərin lideri olmaq xülyasına düşmüşdü, lakin digər Ərəb ölkələri onu qəbul etmədilər. (Fotonun müəllifi: Carsten ten Brink)

1990-2000-ci illər arası isə Qaddafinin əsas ideyası pan Afrikanizm idi. Tripolidəki yayayış binalarının eyvanlarında belə plakatlara tez-tez rast gəlmək olar. (Fotonun müəllifi: Quigibo)

Bu plakatda Afrika ölkələrinin rəhbərlərinin fotolarının fonunda Qaddafinin böyük şəkli verilib. Plakat 2010-cu ilin olktybarında Liviyanın Sirte şəhərində, burada keçirilən Ərəb Dövlətləri Liqasının növbədənkənar toplantısı ilə bağlı quraşdırılmışdı.

Bu plakatın şüarında isə yazılıb; "Eşq olsun sənə - bütün Afrikanı birəşdirən bir şəxsiyyətə!" Liviya təbliğatının pafosuna baxmayaraq Afrika liderləri Qaddafini ittiham edirdilər ki, regionda sabitliyi pozur (Fotonun müəllifi: Carsten ten Brink)

Qaddafini Nigeriayada dini ayrılıq zəminində baş verən iğtişaşlarda, Togo futbol yığmasına qarşı terror hücumunda günahlandıranlar da var. Bəziləri isə onu "Afrika Birləşmiş Ştatları" ideyasını zorla həyata keçirməkdə ittiham edir.

Tripolidəki bu küçə plakatında yazılıb: "O, Afrika Birliyinin banisidir!" (Fotonun müəllifi: Carsten ten Brink)