Hüsnü Mübarəkin Xırdalandakı heykəli fitə basıldı

Bu gün saat 14:00 radələrində bəzi müxalif partiya və müstəqil gənclər təşkilatlarının 30-a yaxın fəalı Xırdalandakı “ Misir-Azərbaycan dostluq” parkında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları «Qaz, işıq, su qalxdı. Millət palçığa batdı», «Dictator Exit (Diktator get)», «İnqilabınız Mübarək», «Let Egyptians free and luck. Be off Hosni Mubark (Misirlilərin azad və xoşbəxt olmasına icazə ver. Çıx get Hüsnü Mübarək) kimi şüarlar səsləndiriblər.


Aksiya iştirakçıları Hüsnü Mübarəkin heykəlini fitə də basıblar.

Misir hadisələri
Misir görüntüləri

Aksiya cəmi bir dəqiqə çəkib. Gənclər polislər hadisə yerinə gələnə qədər aksiyanı başa çatdırıb parkdan uzaqlaşıblar. Aksiyaya görə saxlanan olmayıb.