3-cü həftənin qalibi Günay İbrahimli oldu

Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovison 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin seçildiyi yarışmanın 3-cü həftəsinin qalibi Günay İbrahimli olub.

İştirakçılar həftə ərzində İctimai Televiziyanın efirində xüsusi proqramda yarışıblar. Qalib SMS səsvermənin nəticələrinə və münsiflərin rəyinə əsasən müəyyən edilib.

Əvvəlki iki həftənin qalibləri Çingiz Mustafayev və Nurlan Növrəsli olub. İlkin mərhələ daha 4 həftə davam edəcək.

4-cü həftənin iştirakçıları dekabrın 6-da mübarizəyə qoşulacaqlar. Bu dəfə qalib 11 iştirakçı arasından seçiləcək.