«Azərbaycan» «Azadlıq»la razılaşdı

Avqustun 2-dən başlayaraq «Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetinin əməkdaşlarını redaksiyaya buraxmırdı

Avqustun 3-də «Azadlıq» qəzetilə «Azərbaycan» nəşriyyatı arasında borc məsələsi danışıqlar yolu ilə həll edilib.

Razılıq əldə olunan kimi nəşriyyat rəhbərliyi qəzet əməkdaşlarının redaksiyaya buraxılmasına razılıq verib.

Baş redaktor Qənimət Zahidin sözlərinə görə, onlar borcun bir hissəsini ödəyiblər, qalan borcun da hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Avqustun 2-dən başlayaraq «Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetinin əməkdaşlarını redaksiyaya buraxmırdı. Səbəb qəzetin nəşriyyata borclu olması göstərilirdi. Nəşriyyat borc ödənilmədiyi üçün qəzetin çapından da imtina etmişdi. Əməkdaşlar redaksiyaya buraxılmadığı üçün də «Azadlıq» qəzeti avqustun 3-də çap olunmayıb.

Problem aradan qalxdığından Qənimət Zahid avqustun 4-də qəzetin növbəti sayının çıxacağına ümid etdiyini bildirib.