Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:57

«Azadlıq» qəzeti «Azərbaycan» Nəşriyyatına buraxılmır


"Azadlıq" qəzetinin nəşrinə mane olan nədir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

Baş redaktor Q.Zahidib sözlərinə görə, "Azadlıq" qəzetinin əməkdaşlarını iş yerinə buraxmırlar. "Azərbaycan" nəşriyyatı borcların ödənilməsini tələb edir. "Eşidiblər ki, hökümət bizə 20000 yardım edib, yəqin onu tələb edirlər"....

Avqustun 2-də «Azadlıq» qəzetinin əməkdaşları «Azərbaycan» Nəşriyyatına buraxılmayıb. Səbəb kimi qəzetin nəşriyyata borcunun ödənilməməsi göstərilir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna deyib ki, yalnız onun içəri daxil olmasına imkan veriblər, qalan əməkdaşlar isə nəşriyyatın qapısı qarşısında gözləməkdədirlər.

Baş redaktorun sözlərinə görə, borclu qəzetlər çox olsa da, onlar hansısa formada nəşriyyatla razılıq əldə ediblər.

Qənimət Zahid deyir ki, qəzet hər çap olunanda borca görə 400-500 manat artıq pul ödəyirlərmiş.

Nəşriyyat direktorunun müavini Bəsti İsmayılova 15-ə yaxın qəzetin nəşriyyata xeyli borcu olduğunu deyib. Borcun ümumi məbləği açıqlanmayıb.

«Azadlıq» qəzetinin isə nəşriyyata 16 min manat borcu var. Qənimət Zahid deyir ki, əslində nəşriyyata olan borcların indi istənilməsi prezident sərəncamı ilə ayrılan yardımın əllərindən alınması deməkdir.

Borclu qəzetlərdən biri, «Bakı xəbər» avqustun 2-dən bütün əməkdaşları iki həftəlik məzuniyyətə buraxıb. Amma baş redaktor Aydın Quliyev məzuniyyətin borc məsələsilə bağlı olmadığını deyir. Bu qəzetin nəşriyyata 17 min manat borcu var. Baş redaktor borcun yarısını ödəməyə hazır olduqlarının deyir.

Heydər Əliyevin prezidentliyi dövründə qəzetlərin borcu üç il müddətinə dondurulmuşdu.

2006-cı ildə isə prezident İlham Əliyev qəzetlərin borclarının silinməsilə bağlı sərəncam imzalayıb. Həmin vaxt qəzetlərin nəşriyyata 400 min manata yaxın borcu olub.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG