Bişkekdə ölənlərin sayı 79-a çatıb

Xəstəxanalarda daha 3 nəfər vəfat edib

Bişkekdə baş vermiş iğtişaşlarda ölənlərin sayı 79-a çatıb.

Xəstəxanalarda daha 3 nəfər vəfat edib.

Bu arada Qırğızıstan prezidenti Kurmanbek Bakiyev müvəqqəti hökumətlə danışıqlara hazır olduğunu bəyan edib.

«Russki Newsweek» jurnalına müsahibəsində Bakiyev deyib ki, istefa məsələsini müzakirə etməyə hazırdır. Amma hələlik yeni hökumət onunla danışıqlara başlamayıb:

«Bunun üçün əvvəlcə görüşmək, müzakirə etmək lazımdır. Əgər onlar mənim getməyimi istəyirlərsə, mən də əvəzində nə olacağını bilməliyəm».

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL

QIRĞIZISTAN HAQQINDA BÜTÜN YAZILARLA BURADA TANIŞ OL