Kino tarixinin ən gəlirli filmi əsasında roman yazılacaq

Kino tarixində ən çox gəlir gətirmiş blokbasteri – “Avatar”ı yaradan Ceyms Kameron filmin motivləri əsasında roman yazacaq.

Bu barədə “Wall Street Journal” qəzeti xəbər verir.

Büdcəsi 237 milyon dollar olan "Avatar"ın nümayişindən axır bir ayda 1,6 milyard dollar əldə edilib.

Ceyms Kameron bununla özünün əvvəlki rekordunu qırıb. İndiyəcən ən çox gəlir gətirən film Kameronun “Titanik”i sayılırdı.

“Avatar” artıq nüfuzlu “Qızıl qlobus” mükafatına layiq görülüb və 9 nominasiya üzrə “Oskar” mükafatına namizəd irəli sürülüb.

«Mən hələ filmin çəkilişləri zamanı düşünürdüm ki, əgər film yaxşı gəlir gətirsə, kitab da yazacam» - deyə Kameron bildirib.

Qəzet yazır ki, romanın süjeti filmin fabulasına uyğun olacaq.

Amma kitaba qəhrəmanların və fantastik Pandora planetinin sakinlərinin daxili aləmini açan daha çox dialoq və təfərrüat daxil ediləcək.

"Avatar" filminin rejissoru Ceyms Kameron (sağda) "Qızıl qlobus" mükafatını alarkən. 17 yanvar 2010
«Kitabın imkanları daha genişdir» - deyə Kameron əlavə edib.

«Avatar» filmindəki hadisələr Pandora planetində baş verir və sivilizasiyalar arasında resurslar uğrunda müharibədən bəhs edir.

Yer planetinin alimləri əlil olmuş keçmiş dəniz piyadasını yeni tibbi metodlar vasitəsilə başqa planet sakininə çevirirlər və onu başqa sivilizasiyaya casus kimi göndərirlər.

Amma düşdüyü sivilizasiyanın dəyərlərini dərk edən qəhrəman Yer sakinlərinin amansız praqmatizminə qarşı çıxır.

ƏDƏBİYYAT SƏHİFƏMİZƏ BURDAN KEÇ

Ermənilərin 70 faizi kitab oxumur
Çarlz Dikkensin itinin xaltası 12 min dollara satıldı
Aleksandr Düma haqqında film qaradərililəri hiddətləndirdi