Anna Kareninanı robotlarla döyüşməyə göndərəcəklər

Amerikadakı “Quirk Books” nəşriyyatı “Android Karenina” adlı kitabın nəşrinə hazırlaşır.

Yazıçı Ben Uinters 19-cu əsrin dahi rus yazıçısı Lev Tolstoyla həmmüəllif olub onun məşhur əsərini elmi-fantastik janra çevirəcək.

“Anna Karenina” romanının qəhrəmanları yeni ampluada və mühitdə zühur edəcək.

Kitabın iyunun 8-də satışa çıxarılacağı gözlənilir.

“Quirk Books” nəşriyyatı bundan qabaq Ceyn Ostinin romanlarının süjetlərini dəhşət filmlərinin ssenariləri ilə "çarpazlaşdırmışdı" və həmin "hibrid" əsərlər bestsellerə çevrilmişdi.

Yeni romanda “Anna Karenina”dakı hər iki cütlük – Anna və Vronski, eləcə də Kiti və Levin robotların xidmətçi olduğu sarayda yaşayacaqlar və robotlar qiyam qaldıranda hər iki cütlük 19-cu əsrin texnikasından və ən müasir kiborqların köməyindən istifadə edərək onlarla döyüşməyə başlayacaqlar.

Həmçinin bax

Rafiq Tağı ən son hekayəsini "Azadlıq"a göndərdi. Hekayə Azərbaycan kişisinin xoşbəxtlik təsəvvürləri haqqındadır.