Fransa məhkəməsi “Google” şirkətini 300 min avro cərimələdi

Fransa məhkəməsi Amerikanın “Google” şirkətini 300 min avro cərimələyib. Məhkəmə hesab edir ki, Amerika şirkətinin fransız kitablarını skanerdən keçirib İnternetə yerləşdirməsi qeyri-qanunidir.

Məhkəmə iddiasını 2006-cı ildə Fransanın ən böyük nəşriyyatı “Le Seuil” qaldırmışdı. Nəşriyyat bildirir ki, “Google” onun icazəsi olmadan 4 min kitabı rəqəmsal formata çevirib. Məhkəmə qərarında deyilir ki, şirkət həm "Le Seuil", həm də daha iki nəşriyyatın müəlliflik hüquqlarını pozub.

Məhkəmə qərarına görə, “Google” fransız kitablarının rəqımsal formata keçirilməsini dərhal dayandırmalıdır. Etməsə, hər günə görə 10 min avro cərimə verməli olacaq.

Çin yazıçısı Mian Mian isə Pekində “Google” şirkətinin Çin şöbəsini məhkəməyə verib.

Yazıçı şirkəti müəllif hüquqlarını pozmaqda ittiham edir.

Xanım Mian deyir ki, “Google” onun “Uyuşdurucu aşiqi” romanının surətini İnternetə yerləşdirib və buna görə ona nə məlumat verib, nə də haqq ödəyib.

Noyabrın 15-də “Google Çin” kitabı öz veb-saytından silsə də, yazıçı iddia edir ki, arama motoru ilə romandan bəzi açar sözləri axtarışa verəndə kitabın bir sıra bölümlərini hələ də tapıb oxumaq olar.

Xanım Mian şirkətdən tələb edir ki, həmin bölümləri də pozsun və ondan üzr istəyərək ziyana görə 9 min dollara yaxıb kompensasiya ödəsin.

Yazıçının bu əsəri yarıavtobioqrafikdir. Narkomaniya 90-cı illərdən başlayaraq Çində böyük sosial bəlaya çevrilib və 1970-c il təvəllüdlü Mian Mianın özü də narkotik maddələrdən asılılığına görə bir neçə il müalicə alıb.

ƏDƏBİYYAT SƏHİFƏMİZDƏ OXU!

Ramiz Mehdiyev ədəbiyyat mövzusuna yenə qayıtdı:. "İmtiyaz istəyənlər həqiqi ədəbiyyatdan uzaq olanlardır"