Kino İttifaqı Ramiz Mehdiyevin məqaləsini müzakirə edib

Kinematoqrafçılar Ramiz Mehdiyevin məqaləsini müzakirə ediblər

Azərbaycan Kinematoqrafçılar İttifaqı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyalarda şou proqramların çoxluğuna narazılıq ifadə edən məqaləsini müzakirə edib.

Bu haqda AzadlıqRadiosuna İttifaqın katibi, xalq artisti Rasim Balayev məlumat verib:

«Biz bu məqaləni yüksək qiymətləndiririk. Televiziyalar lap ağını çıxartmışdılar, yaxşı ki, hökumət buna reaksiya verdi».

Rasim Balayev AzadlıqRadiosuna deyib ki, kino mütəxəssisləri bir neçə təkliflə də çıxış ediblər. Bu, sifarişli filmlərin, o cümlədən, Azərbaycanın milli seriallarının çəkilməsi üçün şəraitin yaradılması, vahid dublyaj mərkəzinin təsis edilməsidir.

Ramiz Mehtiyevin «Azərbaycanın efir məkanı: problemlər, vəzifələr» adlı məqaləsi «Azərbaycan» qəzetində dərc olunub, indiyə kimi müxtəlif hökumət strukturlarında müzakirə olunub.