Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:26

«Bu televiziyalar heç kimin atasının malı deyil»


«Müxalifət deputatlarının çıxışlarının dövlət televiziyasında verilməsinə «tabu» qoyulması yolverilməzdir»
«Bu televiziyalar heç kimin atasının malı deyil. Həm İctimai, həm də dövlət televiziyası büdcədən maliyyələşir. Müxalifət deputatlarının çıxışlarının dövlət televiziyasında verilməsinə «tabu» qoyulması yolverilməzdir».

Parlamentin aprelin 14-də keçirilən iclasında çıxış edən millət vəkili Pənah Hüseyn dövlətin televiziya siyasətinin dəyişdirilməsini tələb edib.

O dövlət televiziyasında parlamentdə müxalifət deputatlarının qanunvericiliklə bağlı çıxışlarının heç vaxt göstərilmədiyini bildirib.

Müsavat deputat qrupundan olan digər deputat Arzu Səmədbəyli ölkədəki bütün televiziyaların Azərbaycan hakimiyyətinin nəzarətində olduğunu deyib. «Bəzi özəl televiziyalarda senzura altındadır. İctimai Televiziya da özünü eynən bu formatda aparır».

YAP icra katibinin müavini Siyavuş Novruzov bu iradlarla razılaşmadığını bildirib.

«Çox uğurlu haldır ki, Azərbaycanda ictimai televiziya fəaliyyət göstərir». O, beynəlxalq təşkilatların seçkilərin İctimai televiziyada işıqlandırmasını yüksək qiymətləndirdiklərini vurğulayıb.

Parlament aprelin 14-də keçirilən iclasında İctimai Televiziyanın Yayım Şurasının üç üzvünün namizədliyini təsdiqləyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG