Milliyə daha bir «Qarabağ»lı çağırıldı

Milli komanda artıq Almaniyadadır

Azərbaycan milli yığmasının baş məşqçisi Berti Foqts yığmada dəyişikliklər edərək komandaya “Qarabağ”ın daha bir oyunçusunu, Maksim Medvedevi dəvət edib.

Medvedev artıq Almaniyanın Hannover şəhərində komandanın heyətinə qatılıb. İndi yığmada “Qarabağ”lıların sayı 7-yə çatıb.

Azərbaycan yığmasının Finlandiyaya məğlubiyyətindən sonra B.Foqts mətbuat konfransında bildirib ki, uduzmağın əsas səbəbi zəif müdafiə və psixoloji gərginlik olub:

- Görüşün sonlarına yaxın mübarizə aparmağa gücümüz çatmadı. Müdafiədə çoxlu səhvlər etdik. Komanda buraxılan ilk qoldan sonra psixoloji cəhətdən sındı.

Almaniya millisi ilə görüş barədə Foqts yalnız “Komandanı bu oyuna hazırlamağa çalışacam” sözləri ilə kifayətlənib.

Almaniya-Azərbaycan qarşılaşması sentyabrın 9-u keçiriləcək.

Milli komanda artıq Almaniyadadır.

Sentyabrın 7-si Bakı vaxtı ilə axşam saat 16-30-da Berti Foqts Hannoverin “AWD-Arena” stadionunda mətbuat konfransı keçirəcək.