«Eurovision» mahnı müsabiqəsinin təşkilatçıları Ermənistan təmsilçisinə səs verən azərbaycanlıların MTN tərəfindən dindirilməsi barədə mətbuatda gedən iddiaları araşdırırlar. Bunu AzadlıqRadiosuna Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius deyib.
Onun sözlərinə görə, artıq ötən həftədən bu məsələ araşdırılmağa başlanıb. Adətən belə iddialar diqqətlə araşdırılır, «Eurovision»nun yerli tərəfdaşları ilə ətraflı danışıqlar aparılır və araşdırmanın nəticəsinə uyğun qərar verilir.
Əgər iddialar təsdiqlənirsə, qaydaları pozan tərəf cərimə oluna və ya 3 illiyə müsabiqədə iştirak hüququndan mərhum edilə bilər.
«BİZ «EUROVİSİON»DAN ÖTRÜ QARABAĞDAN KEÇMƏLİYİK?!»
Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov isə deyir ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) peşəkarlıq səviyyəsi çox yüksəkdir. Bu qurum səs verənlərdən kimisə çağıra, müzakirəyə cəlb edə bilməz. Bu barədə söylənənlər ciddi fikirlər deyil. Millət vəkilinin fikrincə, hər bir ölkənin təhlükəsizlik orqanı istədiyi məsələni təhlükəsizlik baxımından rahat həll edir və bunun harada gəldi müzakirə obyektinə çevrilməsi düzgün deyil.
N.Cəfərov deyir ki, hazırda Ermənistan Azərbaycana qarşı işğalçı siyasəti yeridir. Ona görə də Azərbaycanın çörəyini yeyən, onun vətəndaşlığını daşıyan adam hər hansı müsabiqədə ermənilərə səs verirsə, MTN mütləq onunla məşğul olmalıdır. Əks halda o MTN olmaz.
Üstəlik, millət vəkili düşünür ki, bunun da «Eurovision» mahnı müsabiqəsini təşkil edənlərə heç bir dəxli yoxdur:
«Burada söhbət sənətkarlıqdan gedə bilməz. Sənətkar söhbəti ilə biz artıq qurtarmışıq, ermənilərə münasibətdə. Biz Alla Puqaçovanın gəlib Dağlıq Qarabağda konsert verməsinə narazılıq edirik. Deyirik, get Ermənistanda ver konserti. Belə bir vəziyyətdə mahnı müsabiqəsi təşkil edənlər hətta Azərbaycanın qarşıdakı bir neçə ildə bu müsabiqədə iştirakını istəmirlərsə, qadağa qoysunlar. Biz «Eurovision»dan ötrü Qarabağdan keçməliyik?! Biz ya konsert verməliyik, ya da torpağımızı qorumalıyıq. Sabah biz konsertə görə torpağımızı da qurban verəcəyiksə, onda bu dünyada niyə yaşayırıq».
Nizami Cəfərov deyir ki, təşkilatçılar müsabiqədə iştiraka hətta 10 il qadağa qoysalar belə, dövlət bu işi belə də davam etdirməlidir. O ki qaldı müsabiqəyə, millət vəkili düşünür ki, gələcəkdə Azərbaycanın mahnı oxuyan günləri çox olacaq.
«HEÇ NƏDƏN BELƏ SƏS-KÜY SALMAQ NƏYƏ LAZIMDIR»
Politoloq Toğrul Cuvarlı isə deyir ki, hazırda Azərbaycandan Yerevana gedənlər də var, üstəlik, ermənilərlə görüşənlər də. Bu, hətta dövlət tərəfindən də normal qəbul edilir. Belə olan halda 43 nəfərin «Eurovision»da ermənilərə səs verməsi nə böyük işdir ki, ondan ötrü ölkənin adını biabır edirlər.
T.Cuvarlı baxmayaraq ki, Azərbaycanın «Eurovision»dan kənarlaşdırılmasını böyük bir faciə kimi qəbul etmir, amma düşünür ki, orada iştirak üçün də az zəhmət çəkilməyib:
«Biz adımızın Avropada - «Eurovision»da hallanması üçün çox zəhmət çəkmişik. Bunun müqabilində heç nədən belə səs-küy salmaq nəyə lazımdır».
Toğrul Cuvarlı hesab edir ki, bu hərəkət sadəcə, oturduğun budağı kəsmək kimi bir şeydir.
Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius isə deyir ki, bir təşkilatçı kimi onların əsas vəzifəsi müsabiqə qaydalarına riayət olunmasına nəzarət etməkdir. Müsabiqənin qaydaları isə olduqca aydın ifadə edilib. Nəyə icazə var, nəyə yoxdur.