Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

«Eurovision» qaydalarını pozan tərəfi nə gözləyir?


AzadliqRadiosu ilə ekslüziv müsahibəsində Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius deyib ki, Ermənistan iştirakçılarına səs verən Azərbaycanlıların MTN tərəfindən dindirilməsi haqdakı ittihamları araşdırırlar.

«Bizim çox aydın sistemimiz var. - deyə o bildirib, - Qaydaları pozan tərəf cərimə oluna bilər və ya 3 illiyinə müsabiqədə iştitrak hüququndan mərhum edilə bilər».

Svante Stockselius əlavə edib: «Bizim mətbuatda səslənən şaiyə və ittihamlardan xəbərimiz var. Keçən həftə biz bu məsələni araşdırmağa başlamışıq. Hadisənin texniki tərəfini araşdırmaqla yanaşı Azərbaycandan olan tərəfidaşımıza imkan verməliyik ki, məsələyə aydınlıq gətirsin».

İTTİHAMLAR DİQQƏTLƏ ARAŞDIRILIR
Onun sözlərinə görə, bir qayda olaraq belə ittihamlar diqqətlə araşdırılır, «Eurovision»un yerli tərəfdaşları ilə ətraflı danışıqlar aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar verilir.

«Keçən il bizim müsabirəqədə 40 ölkə iştirak edirdi və onların demək olar ki, hamısı qaydalara riayət etmişdi. Bir təşkilatçı kimi bizim əsas vəzifəmiz odur ki, müsabiqə qaydalarına riayət olunmasına nəzarət edək. Musabiqənin qaydaları olduqca aydın ifadə olunub. Nəyə olar, nəyə icazə yoxdur» - deyə Stocselius bildirib.


«Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıb dindirilirlər. Onlardan Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat istəyirlər.

«Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib.


Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockseliusun müsahibəsinin tam mətni

Siz necə hesab edirsiniz, "Avrovizion" mahnı müsabiqəsində Ermənistan iştirakçılarına səs vermək qəbahətdirmi? Bu mövzuda AzadliqRadiosuna daxil olan şərhləri oxumaq və forumda işrirak etmək üçün bura daxil olun

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG