Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:40

Azərbaycanın «Eurovision»da iştirakı mediada


Azərbaycan təmsilçiləri «Eurovision»ın finalında
Azərbaycan təmsilçiləri «Eurovision»ın finalında
Türkiyənin ingilis dilli «Turkish Weekly» internet portalı yazır ki, «Eurovision-2009» mahnı müsabiqəsində 3-cü yerə sahib olmuş Araş və Ayseli Azərbaycanda əllərində ölkə bayrağı və gül buketləri tutmuş minlərlə adam qarşılayıb. «Turkish Weekly» həmçinin Azərbaycan prezidentinin Aysel və Araşı təbrik etməsi haqqında da yazıb.

Rusiyanın şou-biznesə həsr olunmuş «shoowbiz.ru» saytında «Anastasiya Prixodkanın karyerasına yağlı xətt çəkmək olar» yazısının müəllifi Nikolay Fandeev Azərbaycanın ifasına da toxunub.

Müəllif yazır ki, Araş isveçlidir və «Eurovision-2009» mahnı müsabiqəsinin hit mahnılarından olan «Always» da İsveçdə yazılıb. Yazıda deyilir ki, Azərbaycan-İsveç dueti çox maraqlı bir ideyaya toxunub. Müəllifin sözlərinə görə əgər hansısa rus müğənnisinin yaxşı pulu varsa o, «Eurovizion»a hazırlaşanda hansısa əcnəbi ulduzu satın ala bilər. Məsələn Robbi Uilyamsı. Onda bütün Avropa Robbi Uilyamasa səs verərək Rusiyanı qalib edə bilər. Necə ki, Azərbaycan belə elədi. 207 bal və üçüncü yer.

«Daily mail» isə bu mahnı müsabiqəsinə həsr etdiyi yazıda deyir ki, Azərbaycanlı ifaçıların «Always» mahnısı gurultulu alqışla qarşılanıb.

«İzvestiya» qəzeti isə yazır ki, Azərbaycan və Türkiyə Antalya diskotekalarında qısa müddət istifadə ediləcək bəstələri ilə irəli çıxdılar və əlbəttə ki, bir-birinə yüksək ballar hədiyyə etməklə.

Bəstəkar Eldar Mansurov deyir ki, bu yarışmada iki istiqamətdə olan musiqi səsləndi. Onun sözlərinə görə «Eurovision-2009» mahnı müsabiqəsi pop musiqi üçün nəzərdə tutulsa da, İngiltərənin builki ifası pop musiqi yox, ondan daha üstün bir musiqi idi. Eldar Mansurov deyir ki, Azərbaycanın ifasını nə bu və Patrisia Kaasın ifası ilə müqayisə etmək düzgün olmazdı. Çünki Azərbaycanın təqdimatı pop musiqi idi. Eldar Mansurova görə, Azərbaycan bu müsabiqədə ifa olunan bir çox pop musiqilərlə müqayisədə daha yaxşı idi:

«Azərbaycan bir çoxlarından üstün idi. Musiqi etibarilə ən yadda qalan Norveç və Azərbaycan idi. Yəni mahnıların populyar hit olmasına görə. Azərbaycan İslandiyadan çox-çox yuxarı idi. Amma İslandiyaya qonşuları çox xal verib qaldırdılar».

Türkiyənin «Hürriyyət» qəzeti yazır ki, bu yarışmada ilk dördlükdə iki türk qızı yer alıb. «Türk bayrağını təmsil edirmiş kimi Hadisə qırmızı, Aysel isə ağ libasda idi». «Hürriyyət»in yazdığına görə Aysel hələ finaldan öncə Türkiyə və Azərbaycanın şansının çox olduğunu bildirmiş və «inşallah ilk sıraları bölüşərik» demişdi. «Hürriyyət» həmçinin Ermənistandan Azərbaycana 1 bal gəldiyini də vurğulayıb.
XS
SM
MD
LG