Polis bir qrup «Dalğa»çını saxlayıb

«Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova

Aprelin 28-də polis «Dalğa» Gənclər Hərəkatının bir neçə üzvünü saxlayıb. Bu barədə «Azadlıq» radiosuna «Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova məlumat verib.

Vəfa Cəfərovanın sözlərinə görə, polis onu və hərəkatın digər 6 üzvünü Bakının Dağüstü Parkında saxlayıb:

«Parkda yığışıb gəzməyə getmək istəyirdik. Görüş yeri buranı seçmişdik».

Vəfa Cəfərova deyir ki, onları Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətiriblər. Ancaq hələ ki, onlara polisə gətirilmə motivi izah edilməyib.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən isə deyiblər ki, «Dalğa»çıları piketə cəhdə görə saxlayıblar.

«Dalğa» Gənclər Hərəkatı daha çox müxalifyönlü təşkilat kimi tanınır. Hərəkat mütəmadi olaraq müxtəlif məsələlərlə bağlı etiraz aksiyaları keçirir.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.