Arif Babayev: «Zəruri istintaq hərəkətləri həyata keçirilir»

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib

«Hazırda zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilir». Jurnalist Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arif Babayev belə deyib.

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib.
İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır.

Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov.

İndiyədək onlar tapılmayıb.