Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 14:18

Anti-musəlman qrupları Facebook-dan çıxarılacaqmı?


Mark Zuckerberg

Müsəlmanların hüquqlarını müdafiə edən hüquqşünaslar iddia edirlər ki, dünyanın ən böyük sosial şəbəkəsi - Facebook İslama qarşı nifrət yayan səıhifələrlə yetərincə sərt davranmır.

Bunu Newsweek jurnalı yazır.

Facebook-un sahibi Mark Zuckerberg bu yaxınlarda Konqresdə şirkətinin özəl məlumatlardan necə istifadə etməsi ilə bağlı ifadə verərkən onu da demişdi ki, dini, milli nifrət yayan qruplara qarşı mübarizə aparır.

"Əgər hansısa qrupun əsas hədəfi nifrət yaymaqdırsa, yaxud Facebook-dakı fəaliyyətinin böyük hissəsi nifrət yaymaqdan ibarətdirsə, biz onuı şəbəkədən tamam uzaqlaşdırırıq" - deyə Zuckerberg konqresmenlərə bildirmişdi.

Əslində Facebook bunu illərdir ki, bildirir. Amma müsəlmanların haqlarını müdafiə edən qruplar deyir ki, İslama, müsəlmanlara qarşı çağırışlar, təhqirlər sözügedən sosial şəbəkədə geniş yayaılıb.

Buna da bax: Zuckerberg: İnternetin tənzimlənməsi “qaçılmazdır”

Müsəlmanların Müdafiəçiləri adlı insan haqları qrupu bildirir ki, ötən ilin dekabrında Facebook-a 28 səhifəni əhatə edən siyahı təqdim edib.

Qrup siyahıdakıların anti-müsəlman qrupları olduğunu bildirir. Amma qrupların 24-ü hələ də aktiv olaraq qalır.

Facebook-un 2016-cı ildə ləğv etdiyi event-lərdən birinin adı "Texasın islamlaşmasına son qoyaq!" adlanırdı.

O zaman məlum olmuşdu ki, bu event-in arxasında Rusiyaya bağlı qrup dayanır.

Amma müsəlmanların haqlarını müdafiə edən qruplar deyirlər ki, həmin event Rusiyanın ABŞ-dakı seçkilərə qarışması qalmaqalı ilə əlaqəli olduğu üçün ləğv edilib. Oxşar məzmunlu çağırışlar medianın diqqətini cəlb etmirsə, buna qarşı heç bir ölçü götürülmür.

Bəzi Facebook qruplarının minlərlə üzvü var və onlar açıq-aşkar yeni Səlib Yürüşünə çağırırlar.

Buna da bax: Üztanımaya görə Facebook “qrup şəklində məhkəməyə verilməlidir”

Günün bütün mövzuları

XS
SM
MD
LG