Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Ermənistanlı deputat sərhəddəki vəziyyətə görə təcili toplantı çağırıb


Ermənistan-deputat Naira Zöhrabyan
Ermənistan-deputat Naira Zöhrabyan

Naira Zöhrabyan deyib ki, yaxın vaxtlarda Moskvada olduqca çətin 3 tərəfli danışıqlar gözlənir. 44 günlük müharibədən əvvəl və sonra heç kimin bilmədiyi vəziyyətin təkrarlanmasını istəmirəm. Artıq birləşmək vaxtıdır.

İylulun 30-da getməkdə olan Ermənistan parlamentinin təcili iclası çağrılıb.

Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan Azərbaycan-Ermənistan sərhədindəki son dürumla bağlı təcili iclas çağrılmasını təklif edib.

Azadlıq Radiosu erməni xidmətinin iyulun 30-da verdiyi məlumata görə, o, toplantıya baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbər nümayəndələrinin də dəvət olunmalarını tələb edib.

Zöhrabyan ölkəsinin hazırda təhlükədə olduğunu bildirib.

“Yaxın vaxtlarda Moskvada olduqca çətin 3 tərəfli danışıqlar gözlənir. 44 günlük müharibədən əvvəl və sonra heç kimin bilmədiyi vəziyyətin təkrarlanmasını istəmirəm. İndi Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək üçün ağıllı və düzgün bir şəkildə real birləşmək vaxtıdır. Çünki onlar artıq vahid ordunun yaradılmasından danışırlar. Dövlətimiz, sərhədlərimiz təhlükə altındadır. Azərbaycan hər gün bütün yazılı və şifahi razılaşmaları pozur. Gəlin bu iclasdan sonra, təcili toplantı çağıraq, bu vacib məsələni müzakirə edək”, deyə o bildirib.

Hakim “Mənim addımım” fraksiyasından deputat Nazeli Baqdasaryansa, Erməmistanın öz ərazi bütövlüyü məsələsində kompramisə getməyə imkanı olmadığını bildirib.

Ermənistan-Ermənistan əsgəri , 22 iyul , 2021.
Ermənistan-Ermənistan əsgəri , 22 iyul , 2021.

Qeyd edək ki, yeni parlamentin ilk iclası avqustun 2-ə təyin edilib. Həmin iclasda ilk növbədə parlamentin rəhbərliyi-sədr və onun müavinləri seçilməlidir.

Son günlər Azərbaycanla Ermənistan sərhədinin şimal-şərqində atışmalar, itki və xəsarətlər olması barədə məlumatlar gəlir.

Tərəflər bir-birlərini atəşkəs rejimini pozmaqda-təxribatçılıqda günahlandırır.

Ermənistan tərəfi Azərbaycan hərbçilərinin onun ərazisinə girdiklərini və mövqe tutduqlarını iddia edir.

Azərbaycansa bu iddiaları rədd edir. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra özünün ərazi bütüvlüyünü-Sovet dönəmindəki qanuni sərhədlərini bərpa edir.

XS
SM
MD
LG