Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:11

Yanan binaya görə tutulan şirkət rəhbərinə hökm oxundu


Yanan bina

İstər 2015-ci il aprelin 10-da Zığ yolundakı, istərsə də ondan sonra mayın 19-da Binəqədidəki 16-mərtəbəli yaşayış binalarının yanmasına əsas səbəb kimi həmin binalara vurulmuş poliuretan üzlüklər göstərildi. Binəqədidə 15 nəfərin öldüyü yanğına görə həmin binanı üzləmiş «Global Construction» və o üzlükləri istehsal etmiş «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudova 8 il həbs cəzası kəsildi. Dekabrın 21-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu, Zığ yolundakı binanı üzləmiş «TNH» şirkətinin rəhbəri Məmməd Vəliyevə hökm oxunub. O, 3 il azadlıqdan məhrum edilib.

Xətaidəki yanğına görə üç nəfər həbs olunmuşdu. Onlardan Nüsrət Muxtarov Kürdəxanıdakı istintaq təcridxanasında dünyasını dəyişdi. Digər iki nəfər – Fərid Sadıqov Zaur Əşrəfov təxminən ilyarım həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxıldı.

F.Sadıqov məhkəmədə deyirdi ki, sənədlərdə o, şirkətin rəhbəri kimi göstərilsə də, əslində belə deyil. Onun sözlərinə görə, şirkətin faktiki rəhbəri M.Vəliyev olub. M.Vəliyev də axtarışa verilmişdi. Bu səbəbdən də onun məhkəməsi həmin cinayət işi üzrə təqsirləndirilən digər şəxslərdən ayrı keçirildi.

CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham olunan Vəliyev özünü təqsirli bilmir. Deyir ki, heç yerə də qaçmamışdı, biznes fəaliyyəti ilə əlaqədar hələ hadisədən dörd ay əvvəl ölkədən getmişdi. Həmin dövrdə də şirkətlə, onun gördüyü işlərlə əlaqəsi yox idi. Onun sözlərinə görə, Azərbaycana da könüllü şəkildə qayıdıb, onu tutub gətirməyiblər.

Prokuror M.Vəliyevin 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

2015-ci il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanında poliuretan materialla üzlənmiş yaşayış binası yanıb. Hadisə nəticəsində insan itkisi olmasa da, mənzillərin əksəriyyəti yanıb. Yanan mənzillər sonradan dövlət hesabına təmir olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG