Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:43

Olumundan çox ölümü xatırlanan Kişi...


Zərdabinin dəfni. 1907
Zərdabinin dəfni. 1907

«İctimai özünüdərki və ictimai şüuru oyatmaq üçün hər bir jurnalistin borcudur ki, hər il bu mühüm tarixi günü qeyd etsin». Ceyhun bəy Hacıbəyli

1907-ci il noyabrın 28-ni Bakı kədərlə, üzücü bir xəbərlə açdı.

Azərbaycan mətbuatının ən böyük «Əkinçi»si dünyadan köçmüşdü...

Yağışlı-çiskinli bir payız günüydü.

Bakı indiyədək belə matəm mərasimi görməmişdi.

Dan ağarınca - səhər tezdən onun yaşadığı «Poçtovı» küçəsinə yaxın olan Qoşa Qala Qapısının çevrəsi adamla dolmağa başladı.

Həsən bəyi son mənzilə yola salmağa müxtəlif millətlərin nümayəndəsi gəlmişdi.

Qasım bəy məscidində keçirilən dini ayinlərdən sonra elə orada böyük matəm mitinqi keçirildi.

İkinci matəm mitinqi Həsən bəyin çalışdığı «Kaspi» qəzetinin redaksiyasında (indiki Sabir heykəlinin yanı - red.) oldu.

Üçüncü matəm mitinqi mərhumun uzun illər vəkili olduğu Bakı Dumasının qarşısında (indiki Bakı şəhər İcra Hakimiyyətinin binası - red.) gerçəkləşdi.

Mərhumla son dəfə indiki «Azneft» meydanında vidalaşdılar.

Və sonu görünməyən insan seli Həsən bəyi çiynində Bibiheybət məscidinə sarı daşıdı.

Həsən bəy məscidin həyətində torpağa tapşırıldı.

Amma qarşıda böyük təlatümlər, təkrar dəfnlər dururdu.

Hər şeydən xəbərsiz xalq böyük ağrıyla millət atasını çiynində son mənzilə uğurlayırdı...

1907-ci il noyabrın 28-i idi...

- Olumundan çox ölümü xatırlanan Kişi bunu necə qazana bilib?

- Zərdabinin dəfni xatirələrdə necə qalıb?

- Bu dəfni o vaxtlar gürcülərin hansı görkəmli şəxsiyyətinin dəfniylə müqayisə edirdilər?

- Matəm mərasimində kimlər söz alıb danışdı?

- Hansı tanınmış şəxsiyyət üstündən illər ötəndən sonra belə, hər il noyabrın 28-də Zərdabini xatırlayırdı?

Dinləyin.

Olumundan çox ölümü xatırlanan Kişi...
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG