Keçid linkləri

2017, 14 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Çexiya prezidenti və baş naziri Rusiyaya görə AŞPA-da toqquşdular


Çex Respublikasının baş naziri Bohuslav Sobotka (solda) və prezident Milos Zeman

Çex Respublikasının iki lideri Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları barədə mübahisəyə görə Avropa Şurası Parlament Assambleyasının sessiyasında toqquşublar.

AŞPA-nın oktaybrın 10-da Strasburqda keçirilən iclasında prezident Milos Zeman 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya üzərinə qoyulmuş sanksiyaların səmərəliliyini sual altına alıb.

Zeman Moskvanın hərəkətini “fait accompli”, yəni artıq baş vermiş iş adlandırıb və deyib ki, Rusiyanın Ukraynaya ola bilsin qaz, neft və ya pulla kompensasiya ödəməsi barəsində dialoqa ehtiyac var.

Lakin Çex Respublikasının baş naziri Bohuslav Sobotka Zemanın bəyanatını dərhal rədd edib və deyib ki, “onun mövqeyi ölkənin xarici siyasəti ilə kəskin ziddiyyət təşkil edir”. O bunu da əlavə edib ki, prezidentin belə bir çıxış etməsinə “mandate” yox idi.

AzadlıqRadiosu xəbər verir ki, Ukrayna nümayəndə heyəti bu söz çəkişməsi zamanı AŞPA sessiyasını tərk edib.

Bu iclasda iştirak edən Rusiya nümayəndəsi Zemanın Krımın statusu məsələsinin artıq həll edilmiş bir məsələ olduğunu deməsi ilə razılaşıb, lakin deyib ki, yarımada “heç bir sövdələşmənin və alış-verişin obyekti ola bilməz”.

Rusiya 2014-cü ilin martında Krıma qoşun yeritmək və qondarma referendum keçirməklə Ukrayna ərazisi olan bu yarımadanı işğal edib.

Rusiya həm də Ukraynanın şərqində hökumətə qarşı döyüşən moskvayönlü separatçılara canlı qüvvə və hərbi texnika ilə dəstək verir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG