Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 10:48

Egedə zəlzələ nəticəsində azı 2 nəfər ölüb, yaralılar var


Kos adası zəlzələdən sonra, 21 iyul 2017

İyulun 21-ə keçən gecə Ege dənizində baş verən zəlzələ nəticəsində azı iki nəfər ölüb, 100-dən çox adam xəsarət alıb. Zəlzələ Yunanıstan adaları və Türkiyə sahillərinə zərər vurub.

Yunanstanın Kos adasının rəhbərliyi yerli mətbuata bildirib ki, adada iki adam ölüb, xəsarət alanlar çoxdur. Adanın əsas portuna da zərər dəyib.

ABŞ Geoloji xidmətinin məlumatına görə, 6,7 bal gücündə olan zəlzələnin episentri 10 kilometr dərinlikdə, həmçinin Türkiyənin kurort şəhəri olan Bodrumdan 10 kilometr cənubda olub. Türkiyə hökumətinin məlumatına görə, əsas silkələnmədən sonra azı 20 kiçik silkələnmə də hiss olunub.

Türkiyənin Muğla vilayətinin rəhbərliyi deyib ki, ciddi itkilər yoxdur, yalnız çaxnaşma zamanı kiçik xəsarət alanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG