Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Zelenski Putinə cavab verdi


Volodymyr Zelenskiy , Ukraynada prezident seçkisinin qalibi , 21 aprel ,2019
Volodymyr Zelenskiy , Ukraynada prezident seçkisinin qalibi , 21 aprel ,2019

Ukraynanın yeni prezidenti seçilmiş Vladimir Zelenski, Rusiya hakimiyyətinə Ukrayna vətəndaşlarını Rusiya pasportları ilə şirnikləndirməyə əbəs vaxt sərf etməməyi məsləhət görüb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Rusiya bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya pasportu verilməsinin mümkünlüyünə baxır.

Azadlıq Radiosunun məlumatına görə, Zelenski Putinin bu bəyanatına cavabı özünün Feysbuk səhifəsində dərc edib.

O bildirib ki, ukraynanılar gözəl bilirlər ki,Rusiya pasportu “dinc etiraz mitinqlərinə görə həbs hüququ”,“ qeyri-azad və rəqabətsiz seçki” verir.

Zelenski qeyd edib ki, ukraynalıların isə söz azadlığı, azad mətbuatı və interneti var.

Zelenski eyni zamanda Rusiya ilə Normand formatında danışıqlara hazır olduğunu deyib və bütün əsirlərin mübadiləsini təklif edib.

Amma o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşması, yalnız Donbas və Krımın tam azad edilməsindən sonra mümkündür.

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın separatçı bölgələri Donetsk və Luqanskda yaşayan əhaliyə Rusiya pasportu verilməsi barədə fərman imzalayıb.

Moskvanın bu addımı Ukrayna, Avropa Birliyi və ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.

Rusiya isə bunu hümanitar addım kimi izah edir.

Rusiyanın daxili işlər nazirliyindən bildiriblər ki, Donbas sakinlərinin Rusiya pasportu alması üçün Ukrayna vətəndaşlığından imtina etmək lazım deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG