Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 05:29

Zelenski Rusiyanın BMT Təhlükəsizlik Şurasından qovulmasına çağırıb


BMT Təhlükəsizlik Şurasının iclasına videobağlantı ilə qatılan Zelenski Rusiya qoşunlarının tərk etdiyi Buça şəhərində tapılan çoxsaylı vəhşilik aktları sübutlarından danışıb
BMT Təhlükəsizlik Şurasının iclasına videobağlantı ilə qatılan Zelenski Rusiya qoşunlarının tərk etdiyi Buça şəhərində tapılan çoxsaylı vəhşilik aktları sübutlarından danışıb

Zelenski deyib ki, BMT özünə də diqqətlə nəzər yetirməli və özünə belə bir sual verməlidir: “beynəlxalq qanun ölübmü?”

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 5-də BMT Təhlükəsizlik Şurasını Rusiyanı onun ölkəsində törətdiyi cinayətlərə görə tam məsuliyyətə cəlb etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasının iclasına videobağlantı ilə qatılan Zelenski Rusiya qoşunlarının tərk etdiyi Buça şəhərində tapılan çoxsaylı vəhşilik aktları sübutlarından danışıb.

Ukrayna prezidenti deyib ki, adamlar evlərində, küçələrdə öldürülüblər, maşınlarının üstündən tanklar sürülüb.

Onun dediyinə görə Rusiya qüvvələri bu aktları heç bir səbəb olmadan, sadəcə məmnun olmaq üçün ediblər.

NATO Ukraynaya əlavə silah göndərəcək
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Sırğa oğruları

Zelenski bildirib ki, Buça şəhərindıə törədilənlər II Dünya Müharibəsindən bəri ən ağır müharibə cinayətidir, amma son 41 gündə Ukraynada törədilən hərbi cinayətlərdən yalnız biridir.

Buçaya baş çəkdikdən bir gün sonra çıxış edən Zelenski deyib ki, Rusiya qoşunları harada olsa, özündən sonra dağıntı və kütləvi məzarlıqlar buraxıb gedir.

Zelenski bunu da bildirib ki, yüzminlərlə ukraynalı zorla Rusiyaya aparılıb.

O Rusiya hərbçilərini yeməkdən tutmuş qızıl sırğayadək ukraynalılara məxsus hər şeyi oğurlamaqda ittiham edib.

“Xanımlar və cənablar…”

Ukrayna prezidenti BMT-ni Rusiyaya qarşı sadəcə yeni sanksiyaların qoyulmasına yox, bu ölkənin dərhal Təhlükəsizlik Şurasından qovulmasına, onun veto hüququndan məhrum edilməsinə çağırıb.

Zelenski deyib ki, BMT özünə də diqqətlə nəzər yetirməli və özünə belə bir sual verməlidir: “beynəlxalq qanun ölübmü?”

O BMT Xartiyasının islah edilməsinə, II Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi cinayətlər tribunalına bənzər məhkəmənin qurulmasına çağırıb.

Zelenski bildirib ki, Kiyev BMT-nin yenidən təşkilatlanması üçün keçiriləcək konfransa ev sahibliyi etməyə hazırdır:

"BMT sadəcə olaraq bağlanmalıdır. Xanımlar və cənablar, siz BMTni bağlamağa hazırsınızmı? Əgər cavanız “yox”dursa, onda cəld hərəkət etməlisiniz”.

XS
SM
MD
LG