Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Yeni Zelandiya hakimiyyəti silah satışının cətinləşdiriləcəyini vəd edib


Əl Nur məscidi atışmadan sonra
Əl Nur məscidi atışmadan sonra

Yeni Zelandiya hakimiyyəti Kraystçerç şəhərindəki məsciddə törədilən kütləvi qətldən sonra silah satışının çətinləşdirilməsini, məhdudlaşdırılmasını vəd edib.

Bu barədə “The Guardian” Yeni Zelandiyanın baş naziri Jacinda Kate Laurell Ardern-ə istinadla xəbər verir

Hakimiyyətin həll etməli olduğu məsələlərdən biri, yayılmasına icazə verilən silahların modifikasiyasını, onların hərbi silahlara yaxınlaşdırılmasını qadağan etmək olacaq.

Hüquq-mühavizə orqanları hesab edirlər ki, bu cür hücumlarda modifikasiya edilmiş belə silahlardan istifadə olunur.

Polisin məlumatına görə, məscidə hücumda şübhəli bilinən Brenton Tarrant silahı lisenziya ilə alıb ki, belə halda onu qeydiyyatdan keçirmək tələb olunmur.

Yeni Zelandiya prokurorluğu öz növbəsində bildirib ki, hakimiyyət yarımavtomat silahları qadağan etmək fikrindədir.

Martın 15-də- Kraystçerç şəhərindəki məsciddə cümə namazından sonra törədilən bu hücumda azı 49 nəfər öldürülüb, onlarla adamsa yaralanıb.

28 yaşlı şübhəli Brenton Tarrant həbs edilib.

Məlumata görə qatı-sağçı olan Tarrant Avropadakı terror aktlarından ilhamlanıbmış. O hücumu birbaşa özününü “Feysbuk” səhifəsi ilə yayıb.

Buna da bax: Məscidlərə hücum edən 'ilhamını' Balkan müharibələrindən alıb

Bu hucumda əlləri olmaqda şübhəli bilinən daha 3 nəfər də saxlanıb.

Baş nazir Jacinda Kate Laurell Ardern bunu amansız zorakılıq aktı adlandırıb.

Dünya liderləri Yeni Zelandiya hakimiyyəti və ölənlərin yaxınlarına başsağlığı veriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG