Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:58

Bəzi heyvanların zəkası insandan geri qalmırmış


Arxiv foto
Arxiv foto

-

İnsanlar uzaq planetlərdə zəka axtarışındadırlar. Primatoloq Frans de Waal özünün "Biz heyvanların nə qədər ağıllı olduqlarını biləcək qədər ağıllıyıqmı?" adlı kitabında iddia edir ki, biz əslində zəkanı Yerin özündə axtarmalıyıq.

Əsrlər boyunca alimlər insanlarla heyvanları fərqləndirən o tək fərqin axtarışında olublar. Alətlərdən istifadə, müşahidə yolu ilə öyrənmə, əvvəlcədən planlaşdırma... Alim Frans de Waal isə iddia edir ki, bəşəriyyətin üstünlüyünü sübut etməyə çalışmaqdansa, biz öz böyük beynimizi işlədərək dünyanı digər növlərin nəzər nöqtəsindən görməyi öyrənməliyik.

Alimin sözlərinə görə biz artıq keçən əsrdə dominant olan biheviorizm (davranışçılıq) dünya görüşündən yorulmuşuq. Heyvanların adi instinkt, yaxud assosiativ öyrənmə ilə izah olunmayan davranışları üzə çıxır. Üstəlik də yeni nəsil heyvanların öz iradələri ilə edə biləcəkləri şeyləri görməyə daha açıqdır.

“BİZ HEÇ VAXT HEYVANLARLA YARIŞA BİLMƏRİK”

Frans de Waalın fikrincə, alimlər heyvan zəkasını insan zəkası ilə müqayisə etməyə son qoymalıdırlar. "Axı nəyə görə də siz bir yarasa, yaxud oktopod barədə insana aid şərtlərlə mühakimə yürütməlisiniz? Onlar insan həyatı yaşamırlar ki.

Heyvanlar özlərinə məxsus kontekstdə elə şeylər edirlər ki, biz heç vaxt onlarla yarışa bilmərik. Elə quşlar var ki, 10000 məkanda toxum gizlədirlər və hamısını da xatırlayırlar. Oktopossa öz rəngini mühitə görə dəyişə bilir. Yarasa zil qaranlıqda çox kiçik obyektlərin yerini təyin edə bilir. Biz kimin daha yaxşı olduğunu soruğulamağa son qoymalıyıq və heyvanların bu qeyri-adi şeyləri necə edə bildiyini izah etməyə çalışmalıyıq."

Bəzən elə görünür ki, biz heyvanlara qarşı yönəlmiş hiyləli testlərdən istifadə edirik.

Alimin sözlərinə görə insanlar bunu bilərəkdən etmirlər. "Biz sadəcə olaraq heyvanın mühitini (umwelt) və dünyaya baxışını nəzərə almırıq. Məsələn, əvvəllər insanlar elə bilirdilər ki, fillər güzgüdə özlərini tanımağa qadir deyillər. Ancaq sən demə təcrübə zamanı çox kiçik güzgülərdən istifadə olunubmuş. Kimsə fillərə onların öz ölçülərinə uyğun güzgülər verib və fillər "imtahandan keçiblər".

“BƏZƏN HEYVANLAR İNSALARDAN ÜSTÜN OLA BİLİR”

Ya da bir də görürsən meymunları uşaqlarla müqayisə edən zaman eyni şərtlərə fokuslanırlar. Halbuki, uşaq təcrübəni laboratoriyada, öz növündən olan fərdlərin arasında keçir, ona anladığı dildə təlimatlar verilir, üstəlik bəlkə o anasının qucağında oturub. Meymunsa bu amillərdən faydalanmır. Beləliklə təcrübə zamanı insan övladına nəhəng üstünlüklər verilmiş olur."

Ancaq hətta bu şərtlər daxilində belə bəzən heyvanlar insanlardan üstün ola bilirlər.

nəyə görə də siz bir yarasa, yaxud oktopod barədə insana aid şərtlərlə mühakimə yürütməlisiniz? Onlar insan həyatı yaşamırlar ki. ...Heyvanlar özlərinə məxsus kontekstdə elə şeylər edirlər ki, biz heç vaxt onlarla yarışa bilmərik. Elə quşlar var ki, 10000 məkanda toxum gizlədirlər və hamısını da xatırlayırlar. Oktopossa öz rəngini mühitə görə dəyişə bilir. Yarasa zil qaranlıqda çox kiçik obyektlərin yerini təyin edə bilir. Biz kimin daha yaxşı olduğunu soruğulamağa son qoymalıyıq və heyvanların bu qeyri-adi şeyləri necə edə bildiyini izah etməyə çalışmalıyıq.

Şimpanzelərin yaddaş testlərində və strategiya oyunlarında insanlardan üstün olduğu hallar olub. İndi isə məlum olub ki, fillərin insanlardan daha çox neyronları var.

"Bəzi alimlər belə hesab edirlər ki, fərdin bədəninin ölçüsü, beyninin həcmi nə olursa olsun, zəkanın ölçülməsi üçün ən yaxşı meyar neyronların sayıdır. Bu vaxta qədər insanların bu siyahının ən yuxarısında olduğu düşünülürdü. Sonra da məlum oldu ki, fillərdə neyronların sayı bizdəkindən düz üç dəfə çoxdur. İndi siyahının ən yuxarısında fillərdir. Belə hallar çox olur.

İnsanlar bizi digər canlılardan ayıran zəkanı, şüuru ölçmək üçün meyarlar düzəldirlər, sonra da hansısa heyvan bu meyara görə insana üstün gələndə nə edəcəklərini bilmirlər," alim deyir.

MEYMUNLAR AĞILLIDIRSA NİYƏ İPHONE İCAD ETMƏYİRLƏR?

Bəs, əgər meymunlar bu qədər ağıllıdırsa onda onlar niyə iPhone, yaxud ən sadə nokianı icad etməyiblər?

"iPhone elmi biliyin bəlkə 5000 il ərzində toplanmasının nəticəsidir. Bu, bizim növümüzün xarakterik cəhətidir. Biz dil vasitəsilə biliyi akkumulyasiya edə bilirik. Bizim bu nöqtəyə gəlməyimiz üçün xeyli vaxt lazım olub. Bizim əcdadlarımız milyon il ərzində eyni əl baltalarından istifadə ediblər. Biz yalnız son 10-15 min il ərzində mürəkkəb cəmiyyət qurmuşuq və texnoloji nailiyyətlər əldə etmişik. Ancaq başlanğıcda belə olmayıb."

Bəşəriyyət anlamağa başlayır ki, insan Yer üzünün zəkaya sahib olan yeganə varlığı deyil. Bəs bu hansı mənanı verir? "Bizim heyvanlarla münasibətlərimiz yavaş-yavaş dəyişir. Siz heyvanlarda mürəkkəb idrak və emosiyaları görsəniz siz onlara qarşı pis davrana bilməzsiniz. Halbuki, məsələn, kənd təsərrüfatında insanlar məhz belə edirlər. Bu, həmçinin bizim özümüzə baxışımızı da dəyişəcək. Biz artıq özümüzü təbiətdən tam ayrılmış, bir növ beyinli primat kimi nəzərdən keçirməyəcəyik. Psixologiya, biologiya, bütün bu elmlər öz ilkin şərtlərinə yenidən baxmalı olacaqlar."

XS
SM
MD
LG