Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:57

«Soyuqlar düşəndən nəvələrimi məktəbə göndərmədim. İndi-indi havalar isinir, məktəbə getməyə başlayırlar. Bir kamera lazımdır, gəlsin, dərdimizi çəksin, yuxarıda oturanlara göstərsin. Görsünlər ki, gələcəyimiz sayılan uşaqlara hansı şəraitdə dərs keçilir».

Qışboyu nəvələrini məktəbə buraxmayan inadkar nənə Biləsuvarın Zəhmətabad kəndində yaşayan Əzizə Şahmərdanovadır.

«SİNİFDƏ PALTOYLA, KÜRKLƏR OTURURLAR»

Əzizə xanımın iki nəvəsi kənd məktəbində təhsil alır. Ötən il qışda uşaqlardan biri məktəbdə soyuqlayıb, sətəlcəm olub. O gün – bu gün, nənə havalar soyuyanda nəvələrini məktəbə göndərmir.

Kənd sakinləri AzadlıqRadiosuna bildirirlər ki, təqribən 40 il öncə tikilib istifadəyə verilmiş məktəb təmirsiz və soyuqdur.

Buna da bax-Qəzalı musiqi məktəbində fortepiano

Zəhmətabadlı Səfa Əliyev: «Sinif otaqlarının döşəmələrinə ayaq basılası deyil. Sovet vaxtı divarlarına çəkilmiş rəngdən də əsər-əlamət qalmayıb. Yəni məktəbə girəndə özünü məktəbdəki kimi yox, bir xarabalıqdakı kimi hiss edirsən. Əsasən də, siniflər çox soyuq olur. Uşaqlar xəstələnir, həftələrlə dərsdən qalır. Dünyaya qaz paylayırıq, uşaqlarımız sinif otaqlarında qışboyu paltoyla, kürklə oturur. Şəraitsizlik müəllimlərdəki dərs keçmək həvəsini də öldürür».

Valideynlər deyir, məktəbin qapı-pəncərəsi yoxdur. Çərçivələr çoxdan çürüyüb, dağılıb deyə, pəncərələrə şüşə taxılması da mümkün deyil.

«MÜVƏQQƏTİ ÇƏTİNLİKDİR»

Biləsuvar rayon Təhsil Şöbəsindənsə valideynlərə səbir etmək tövsiyə olunur. Şöbədən «Qaynar xətt»ə bildirilib ki, Zəhmətabad məktəbinin düzəni elə sovetlə eyni vaxtda dağılıb: «Orada vaxtilə hər cür şərait olub. Sonradan baxımsızlıqdan qazanxanası dağılıb, istilik sistemləri çürüyüb, istifadəyə yararsız hala düşüb. Ancaq valideynlər də haqqına danışsınlar, axı bu yaxınlarda məktəbin bir hissəsi təmir olunub. Binanın örtüyü yenilənib. İdman zalı və bir neçə otaq artıq təmirlidir. Qalan hissəsi də yaxın vaxtlarda təmir olunacaq. O məktəb təmirə dayanmış hesab olunur. Hissə-hissə təmir edilir. İstilik də olacaq, təzə sinif otağı ləvazimatları da, avadanlıq da… Müvəqqəti çətinlikdir».

Biləsuvar rayon İcra Hakimiyyəti də, ən geci, gələn tədris ilində şagirdlərin tam təmirli məktəb qapısı açacağını vəd edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG