Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:09

“Üçmərtəbəli binadır, bütün qışı uşaqlar siniflərdə əl-ayaqları dona-dona oturdular. Təhsil üçün heç bir şəraiti yox, hər yeri dağılıb tökülür…”

HƏR MÜƏLLİMİN YANINDA BİR ELEKTRİK “PLİTKA”SI

Şirvan sakini Minayə İmamverdiyeva AzadlıqRadiosu-na Şirvan şəhər Dövlət Musiqi Məktəbindən danışır. Onun sözlərinə görə, uzun illərdir ki, məktəb qəzalı vəziyyətdədir. Rayonda başqa musiqi məktəbi olmadığından, azı, 450 uşaq musiqi təhsilini bu qəzalı məktəbdə almağa məcburdur:

Buna da bax:​ "Bizim uşaqlar özlərini siçovul yuvasında hiss edirlər"

“İllərdir ki, istilik yoxdur. Hər müəllim öz stolunun yanına bir elektrik “plitkası” qoyub, özü üçün isinir. Bir “plitka” o boyda sinfi qızdırası deyil ki… Üstəlik də, bütün siniflərdə “plitka” qoşulur deyə, gündə bir neçə dəfə, məktəbin qəzalı naqilləri davam gətirmir. Nə vaxt uşağın dalınca gediriksə, görürük ki, məktəbdə işıqlar sönüb”.

Minayə xanımın övladı məktəbin 3-cü sinfində oxuyur. Minayə xanım onu musiqi təhsilli görmək istəyir. Ancaq musiqi məktəbindəki şəraitsizlik gələcəyin mükəmməl musiqiçisi ola biləcək balacaların arzusunu ürəyində qoya bilər. Çünki yağış, qar yağanda uşaqlar soyuq siniflərdə xəstələnməsin deyə, məktəbə getmirlər.

Buna da bax: 'Dayaqları məftillərlə sarımışıq ki, körpü aşmasın'

“SƏSLƏRİNİ ÇIXARMIRLAR”

Şirvan sakini Aidə Əliyevanın qızı da bu məktəbdə təhsil alır. Aidə xanım deyir, valideynlər dəfələrlə dövlət qurumlarına məktubla müraciət ediblər:

“Müəllimlər də bu qəzalı məktəbdə dərs keçməkdən beziblər. Sadəcə, səslərini çıxara bilmirlər. Hansı müəllim istəyər ki, sinfə girib, ayağının altına “plitka” qoysun?.. Hamı normal şəraitli məktəbdə dərs keçmək və dərs oxumaq istəyir”.

Buna da bax:​ "Evdə də məktəb olar? O da nə gündə..."

Şirvan şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, uşaq musiqi məktəbi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Yeddi illik məktəb 1961-ci ildə yaradılıb. Tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, səs, skripka sinifləri fəaliyyət göstərir. Məktəbin 90-a yaxın müəllimi var. Çoxlu uğurları olan məktəbin binasının əsaslı təmiri nəzərdə tutulub.

“Yəqin ki, yaxın vaxtlarda binaya əncam çəkiləcək. Ancaq orda vəziyyət elə də kritik deyil. İşıq var, istilik sistemi əvvəllər olub, sıradan çıxıb. Hər halda, tədbir görüləcək”, – qurumdan bildirilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG