Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 20:22

Zaxarova erməni deputatların Qarabağa buraxılmamasını izah edib


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib Qarabağdakı Rusiya sülhməramlılarının hərəkətlərinin 9 noyabr 2020-ci il üçtərəfli razılaşmasına zidd olduğuna dair bəyanatlar əsassızdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Zaxarova bu açıqlamanı bugünlərdə Ermənistan Milli Məclisinin bir qrup deputatının Qarabağ ərazisində buraxılmaması ilə bağlı sualı cavablandırarkən verib:

“Sözü gedən səfər Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə əvvəlcədən razılaşdırılmadan edilib. Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının müddəalarına ciddi riayət prinsipi əsasında fəaliyyət göstərir. İnanmaq istərdik ki, tərəflər Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında, eləcə də Ermənsitan-Azərbaycan sərhədinin ayrı-ayrı sahələrində son vaxtlar baş verən insidentləri nəzərə alaraq regionda situasiyanı daha da kəskinləşdirə biləcək addımlardan çəkinəcəklər”.

Bu il aprelin 12-də Rusiya sülhməramlıları Ermənsitan parlamentinin müxalif deputatlarından ibarət qrupun Laçın keçidindən Qarabağa daxil olmasına icazə verməyib.

Ermənsitan müxalifəti bu hadisənin təsadüfi olmadığını bildirmiş, baş nazir Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyelə gizli razılaşmasının olduğunu iddia etmişdi.

Xatırlatma

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il martın sonunda Əsgəran rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər yayılıb. Azərbaycan mövqelərini möhkəmləndirdiyini bildirib.

Sonradan həm erməni tərəf, həm də Rusiya hərbçiləri Azərbaycan qüvvələrinin ərazidən çıxarıldığını bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi mövqelərində dəyişiklik olmadığını bəyan edib.

XS
SM
MD
LG