Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:10

Zamirə Hacıyeva: ‘cinayət işi’, yoxsa ‘təhqiqat araşdırması’


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Guardian yazır ki, hazırda İzahedilməz Sərvət Qanununa uyğun olaraq barəsində polis təhqiqatı aparılan Zamirə Hacıyevanın mülkiyyətində olan ofşor şirkətə Britaniyanın iki ən mötəbər hüquq firması və Barclays Bankın İsveçrə filialının xidmət göstərdiyi bəlli olub.

Mishcon de Reya ​firması Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə Barclays Bankın ipotekası barədə hüquqi məsləhət verib. Hazırda Britaniya Milli Cinayət Agentliyi bu şirkətin araşdırılması ilə məşğuldur.

Zamirə Hacıyevaya aid olan bu şirkət 2009-cu ildə qiyməti 11, 5 milyon funt sterlinq olan beş yataq otaqlı mənzili alıb.

Guardian yazır ki, bu mənzilin qiyməti Hacıyevanın və ya onun ərinin qazancından qat-qat çoxdur.

Londonda Zamirə Hacıyevaya aid olduğu deyilən mülk
Londonda Zamirə Hacıyevaya aid olduğu deyilən mülk

Qəzetin yazdığına görə həm Barclays Suisse, həm də Mishcon de Reya bu məsələ barədə şərh verə bilməyəcəklərini bildiriblər.

Zamirə Hacıyeva noyabrın əvvəllərində Azərbaycan hökumətinin ekstradisiya ricası ilə bağlı həbs edilsə də, sonradan məhkəmə qərarı ilə zaminə buraxılıb.

İndi Zamirə Hacıyeva belə bahalı mülki necə və hansı pulla aldığını izah etməlidir. Əks halda mülkiyyət müsadirə olunacaq.

Zamirə Hacıyevanın vəkilləri bildirirlər ki, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Onlar israr edirlər ki, Milli Cinayət Agentliyinin Hacıyeva barəsində araşdırması “cinayət yox, təhqiqat araşdırmasıdır”.

Guardian yazır ki, Hacıyeva Londonun dəbdəbəli Naytsbric rayonundakı evi (Knightsbridge) Vircin adalarındakı Vicksburg Global Inc adlı şirkətin vasitəsilə 11, 5 milyon funt sterlinqə alıb. Ali Məhkəmə sənədlərindən məlum olur ki, mülkün alınması üçün 8 milyon funt sterlinqə yaxın məbləğdə ipotekanı Barclays Suisse rəsmiləşdirib.

Hələlik sözü gedən bank “müştəri sirri” barədə prinsipdən çıxış edərək bu sövdələşmə barədə heç bir şərh vermir.

Milli Cinayət Agentliyi isə bildirir ki, bu iş üzrə keçən hüquqşünaslar, bankirlər və mühasiblər “peşəkar köməkçilər” qismində risklə üzləşə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG