Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:07

'Zaminbank' işçilərinə hökm oxundu


2016-cı ildə «Zaminbank»ın lisenziyası ləğv olunub

«Zaminbank»ın dörd nəfər vəzifəlisi xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar bankın 1 milyon 337 min manat pulunu mənimsəməkdə suçlanır.

Hakim önünə çıxarılan dörd nəfərdən Şahin İlyasov «Zaminbank»ın Sumqayıt filialının rəhbəri olub. Bundan öncə isə o, Maliyyə Nazirliyində işləyib. Anar Osmanov bankın xəzinə şöbəsinin müdiri, Zərifə Tağıyeva xəzinədar, Anar Həsənov isə kredit şöbəsinin əməkdaşı olub. İddia olunur ki, adları çəkilən şəxslər bankın pullarını müxtəlif adamların adlarına kredit kimi rəsmiləşdirməklə mənimsəyiblər.

Amma onlar özlərini təqsirli bilmirlər. Deyirlər ki, sənədləşdirilən kreditlər formal yox, gerçək olub. Onlar həmin kreditləri götürənlərin ödəməyəcəklərini öncədən bilməyiblər. Buna baxmayaraq, dəymiş ziyanı ödəyiblər - bankın pulunu qaytarıblar. «Zaminbank»ın nümayəndəsi də məhkəmədə təsdiqləyib ki, təqsirləndirilən şəxslər 1 milyon 337 min manatı ödəyiblər: «Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır».

Prokuror sabiq filial müdiri Ş.İlyasovun 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Prokuror Ş.İlyasovun məhkəmə zalından həbs olunmasını təklif etmişdi.

Dövlət ittihamçısı digər üç təqsirləndirilənə isə 5 il şərti cəza verilməsini uyğun sayıb.

Məhkəmə ziyanın ödənilməsini əsas gətirib, təqsirləndirilənlərin hamısına şərti cəza kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG