Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:31

Zakir Qaralov: '2016-cı il uğurlu olub'


Baş prokuror Zakir Qaralov, Bakı, 15 aprel 2011
Baş prokuror Zakir Qaralov, Bakı, 15 aprel 2011

“Ötən il həyata keçirilən islahatlar nəticəsində bütün sosial proqramlar uğurla icra edilib. Qeyri-neft sənayesi 5, kənd təsərrüfatı 2, əhalinin pul gəlirləri 7, orta əmək haqqı 9 faiz artıb ”.

2016-cı ilin yekunları ilə bağlı Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsindəki çıxışına baş prokuror Zakir Qaralov bu sözlərlə başlayıb. Bu haqda prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi

Baş prokuror 2016-cı ilin prokurorluq orqanlarından ötrü də uğurlu olduğunu ifadə edib. Onun sözlərinə görə, qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172-nin isti izlərlə açılması təmin olunub.

Buna da bax: Baş prokurorluq əməkdaşları axtarışdan sonra AzadlıqRadiosunun Bakı ofisini möhürləyir

Z.Qaralov 2016-cı ildə korrupsiya və rüşvətxorluqla kəsərli mübarizənin uğurla davam etdirildiyini söyləyib.

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqını tamamlanaraq baxılması üçün məhkəmələrə göndərib. Həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib. 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub ”, baş prokuror qeyd edib.

Baş prokurorluğun binası, 21 iyul 2006
Baş prokurorluğun binası, 21 iyul 2006

9 nəfər prokurorluqdan xaric edilib

Z.Qaralov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı cinayət işini xüsusi vurğulayıb.

Baş prokurorun birinci müavini Rüstəm Usubov isə öz çıxışında prokurorluq orqanlarındakı xidməti yoxlamalar haqda danışıb. Onun sözlərinə görə, 2016-cı ildə 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. 9 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Ancaq ölkədə heç də hamı prokurorluğun uğurlu fəaliyyətindən bəhs etmir.

Müxalifət partiyaları iri korrupsiya iddialarının araşdırılması ilə bağlı 2016-cı ildə bir neçə dəfə Baş Prokurorluğa müraciət ediblər. Ancaq müraciətlər cavabsız qalıb. Həmin müraciətlərdə prezidentin ailə üzvlərinin korrupsiya əməllərinə dair iddialar yer alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG