Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:19

Baş prokuror Eldar Mahmudovun həbsi barədə sualları cavablayır


Arxiv fotosu: Zakir Qaralov jurnalistlər arasında.
Arxiv fotosu: Zakir Qaralov jurnalistlər arasında.

Baş Prokuror Zakir Qaralov oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramı günü Bakıda Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərin suallarını cavablandırıb. Zakir Qaralov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunması ehtimalı barədə suala cavabında deyib:

- Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.

Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq.

Keçən il nazir Eldar Mahmudov işdən azad edilib, Milli Təhlükəsizlik Nazirliyinin də ləğvindən sonra və o və komandası ağır iqtisadi cinayətlərdə ittiham edilir. Keçmiş MTN əməkdaşlarından çox sayda yüksək rütbəli zabit hazırda həbsdədir. Amma keçmiş nazir Eldar Mahmudovun özü hələlik həbs edilməyib.

Keçmiş nazirin özü də indiyə qədər haqqında səslənən ittihamlara cavab verməyib.

Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin prokurorları MTN müstəntiqlərinin qanunsuzlulqarına göz yumub. Bəs, Baş Prokurorluğun rəhbərliyi bu cür halları araşdırıb, tədbirlər görübmü?

Jurnalistlərin keçmiş Səhiyyə naziri Əli İnsanovun həbsdən azad edilməsinə az qalmış yenidən başqa bir cinayət ittihamı ilə üzləşməsi barədə suala cavabında Baş prokuror deyib:

- Cinayət törədib və barəsində cinayət işi başlanıb.

Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin pozuntusu barədə qərarlar da artır. Niyə, ölkəmizdə həbs-qətimkan tədbiri kütləviləşib?

Mən sizinlə razı deyiləm ki, bu, belədir. Əgər bir-iki iş olubsa, bunu ümumiləşdirib, qiymət vermək olmaz. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır və icra edirik.

Zakir Qaralov bildirib ki, Azərbaycanda da ""Fətullah Gülən işi" bağlı istintaq işləri davam edir. Bunun üçün Prokurluğun nümayəndəsi Türkiyədə olb:

"Bu yaxınlarda yenə ezamiyyətə gedəcək. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG