Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:20

Əli İnsanov cinayət işi ilə tanış olur


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasında barəsində başlanmış cinayət işi üzrə protokollarla tanış olub.

Bu barədə sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil «Trend»ə deyib ki, sentyabrın 20-də Ə.İnsanovla görüşüb.

«Saxlanma şəraiti və səhhətindən narazılığı yoxdur. Görüş zamanı müstəntiq Əli İnsanova cinayət işinin protokollarını təqdim etdi. Hazırda istintaq davam edir», - vəkil bildirib.

Avqustun 24-də 13 saylı Cəzaçəkmə Müəssisində sabiq nazirə CM-nin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə əlavə ittiham elan edilib.

Ə.İnsanov avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.

Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşma və bir sıra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Ə.İnsanovun işini yenidən baxılmasından ötrü apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Ə.İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
Həbs müddətinin başa çatmasına bir neçə ay qalmış isə ona qarşı əlavə cinayət işi açılıb.

Ə.İnsanov yeni ittihamları qurama sayır. Sabiq nazirin deməsinə görə, onun azadlığa çıxmasını önləmək istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG