Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Zəfər Əhmədli: 'Fuad Əhmədli cərimə kamerasına salınıb'


Fuad Ahmadli
Fuad Ahmadli

“Fuad Əhmədli cərimə kamerasına (kars) salınıb”.

Bunu hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədlininatası Zəfər Əhmədli deyir.

Ancaq yaxınları bu dediklərindən əlavə məlumata malik olmadıqıarını qeyd edirlər.

Ailə üzvləri Fuad Əhmədlinin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinə gedib, onunla görüşdükdən sonra ətraflı məlumat verəcəklərini deyirlər.

Zəfər Əhmədli
Zəfər Əhmədli

16 saylı cəzaçəkmə müəssisəsindən, eləcə də Penitensiar Xidmətdən, hələlik, bu deyilənləri dəqiqləşdirmək mümkün olmayıb.

F.Əhmədlinin bundan əvvəl də bir neçə dəfə “kars”a salındığı bildirilmişdi.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülenə aid materiallar olan disklər, kitablar tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.

Buna da bax:Fuad Əhmədli 'yatağını səliqəsiz yığdığına görə' həbsdən buraxılmadı

Hərçənd, rəsmilər ölkədə siyası baxışlara görə, həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Fethullah Güleni isə Türkiyənin hakimiyyət orqanları 2016-cı ildə bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi dəstəkləməkdə günahlandırırlar. Ancaq onun özü bu ittihamı siyasi sayaraq, yalanlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG