Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:53

Yürüş keçirmək istəyən 10 nəfərin həbs edildiyi deyilir


arxiv foto

Dünən, yanvarın 26-da Bakıda bir qrup şəxsin saxlandığı bildirilir.

“ Report” agentliyinin məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Agentliyin bildirməsinə görə, məlumatda qeyd edilib ki, yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd ediblar.

Verilən məlumata görə, həmin şəxslər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarını pozmaq kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına tabesizlik göstəriblər.

"Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon Polisİdarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb”.

Saxlanılan şəxslərdən 10 nəfərinin inzibati qaydada həbs edildiyi, 5 nəfərin xəbərdarlıq edildikdənsonra sərbəst buraxıldığı qeyd olunur.

Ancaq məlumatda saxlananların adları açıqlanmır.Onların kimliyini müəyyən etmək, hələlik, mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasından AzadliqRadiosuna bildiriblər ki, onların noyabrın 26-da icazəsiz mitinq keçirmək haqda qərarı olmayıb. Partiyalardan bildirildiyinə görə, onların üzvləri aksiya olmayacağından əvvəlcədən məlumatlı idilər:

“Kiminsə saxlanıldığı haqda məlumatımız yoxdur”.

Xatırlatma

AXCP-nin daxil olduğu Milli Şura “ Siyasi məhbuslara azadlıq” və başqa şüarlarla yanvarın 26-də Bakıda mitinq keçirmək niyyətində idi. Müsavat Partiyası da aksiyanı dəstəkləyirdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədi. Buna səbəb kimi Bakı Şəhər Baş Polis İdarəsinin onlara müraciəti göstərilirdi. Həmin müraciətdə müxalifətin yanvarın 19-da keçirilən aksiyasından sonra ictimai asayişin pozulmasına cəhdlərin olduğu idda edilirdi.

Milli Şura isə deyilənləri sərbəst toplaşmaq azadlığının boğulmasından ötrü bəhanə saysa da icazəsiz aksiyanı təxirə salmışdı.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG